MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə273/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   269   270   271   272   273   274   275   276   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

258 



258 

əvəzinə,  bəzi  Azərbaycan  ziyalılarının  bu  cür  mövqe  tutması, 

ancaq təəssüf doğrur.  

Sovet  ədəbiyyatında  1940-cı  ilin  yanvarın  1-dən,  latın 

qrafikasından  rus  əlifbasına  keçilməsi  [40,  113]  belə 

əsaslandırılırdı  ki,  bu  qrafika  ümumiliyi  rus  dilindən  söz  və 

terminləri  düzgün  yazmağa  kömək  edəcək:  «Bundan  başqa, 

qrafika  ümumiliyi  nəşriyyat-mətbəə  işlərini  də  asanlaşdırar, 

əlavə  xərc  və  işləri  azaldardı»    [26,  14].  Burada  rus  əlifbasına 

keçməyin  zəruriliyi  ilə  bağlı  gətirilən  «arqumentlərə»  təəccüb 

etməyə  bilmirsən.  Daha  sonra  bu  müəlliflər  yazırlar:  «Əgər 

birinci dövrdə bir-birinə zidd cərəyanlar əmələ gəlmişdisə, ikinci 

dövrdə belə bir vəziyyət olmamış, hamı rus qrafikasına keçmək 

təşəbbüsünü  bəyənmişdir.  Lakin  müzakirələrdə  əsas  iki  fikir 

nəzərə  çarpır.  Bir  çoxları  dilimizin  fonetik  tərkib  və 

xüsusiyyətinə uyğun olaraq bəzi dəyişikliklə rus əlifbasını qəbul 

etməyi, bəziləri isə rus əlifbasında heç bir dəyişiklik aparmadan, 

onu olduğu qaydada qəbul etməyi təklif edirdilər» [26, 15].  

Fikrimizcə,  rus  əlifbasının  olduğu  kimi  qəbul 

edlilməsinin tərəfdarı olanlar yaxşı anlayırdılar ki, Mərkəz məhz 

bu  qərarın  üzərində  dayanacaq  və  gözlənildiyi  kimi  də  oldu. 

Sovet  ideoloqları  Azərbaycan-türk  dilinin  başına  bu  cür  oyun 

açmaqda  nə  etdiklərini  yaxşı  anlayırdılar.  Bununla  da, 

Azərbaycan-türk insanı rus kimi düşünməyə, rus kimi yazmağa 

və  rus  kimi  kommunizm  xəyalı  ilə  yaşamağa  məhkum  və 

məcbur  edilirdi.  Başqa  sözlə,  «yeni  əlifba»  oyunu  ilə  sovet 

imperiyası  türk  millətini  öz  mədəniyyətindən,  mənəviyyatından 

və ən əsası dilinin saflığından uzaqlaşdırırdı. 

Bizə  elə  gəlir  ki,  Azərbaycanda  latın  qrafikasından  rus 

əlifbasına  keçilməsi  ilə  bağlı  ciddi  etirazların  olmaması  iki 

başlıca amillə bağlı idi:  1) milli ziyalıların böyük əksəriyyətinin, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin