MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə276/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   272   273   274   275   276   277   278   279   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

260 



260 

ədəbiyyatda,  o  cumlədən  mətbuatda  əsasən,  birtərəfli 

məlumatların və yaxud informasiyaların öz əksini tapmasıdır. 

Xüsusilə,  yeniyetmələrin  və  gənclərin  əksəriyyəti  üçün 

«Azərbyacan  dili»nin  necə  meydana  çıxması,  eyni  zamanda 

Azərbaycan  xalqının  dilinin  1937-ci  ildən  etibarən  nədən  bu 

cür  adlandırılması  haqqında  konkret  təsəvvür  yoxdur.  Bu 

baxımdan  fikrimizcə,  milli  dil  məsələsi  ilə  bağlı  iki  önəmli 

faktora aydınlıq gətirilməsinə ehtiyac vardır: 

1.  «Azərbaycan  dili»  meydana  çıxana  qədər  türk  dili 

ətrafında baş verən siyasi-ideoloji hadisələrə (1920-1936); 

2.  «Azərbaycan  dili»nin  əsaslandırılması  və  onun 

hüquqi, yəni dövlət statusunun müəyyənləşməsinə (1937-1991). 

Birinci  amillə  bağlı,  öncə  qeyd  edək  ki,  Azərbaycan 

Cümhuriyyəti  dövründə  (1918-1920)  milli  dil  məsələsi,  əsasən 

çözülmüşdü.  Belə  ki,  Cümhuriyyət  ideoloqları  çar  Rusiyasının 

«tatar»,  İranın  fars  mənşəli  «azəri»  kimi  qələm  verdikləri  bir 

dilin əsilində türk dili olduğunu irəli sürməklə kifayətlənməmiş, 

eyni zamanda türk dilini Azərbaycan Cümhuriyyətinin rəsmi dili 

elan  etmişdilər.  Bununla  da,  XX  əsrdə  türksoylu  millətlər 

arasında Azərbaycan türkləri, birinci olaraq dövlət dilini türk dili 

adlandırmış və ona rəsmi bir status vermişlər.  

Bu  baxımdan  ilk  mərhələdə  sovet  ideoloqları 

Azərbaycan  türklərinin  dilinə  və  milli  kimliyinə  əsasən 

toxunmamışlar.  Bu  baxımdan  Azərbaycan  SSR  MİK  və  XKS-

nin  1923  31  iyul  dekretində  qeyd  olunurdu  ki,  əksər 

komissarlıqlar kəndli kütlələri ilə daha çox əlaqədə olan aparatlar 

olduqları  üçün  milliləşdirilsinlər,  yəni  türk  dili  tətbiq  edilsin. 

Qalan xalq komissarlıqlarına və idarəetmə orqanlarına bir vəzifə 

olaraq  tapşırılsın  ki,  özlərinin  qəzalarla  əlaqələrini  və 

yazışmalarını türk dilində aparsınlar [39, 32]. Eyni zamanda türk 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin