MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə279/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   275   276   277   278   279   280   281   282   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

263 


Bu  dövrdə  dilçi  alimlərdən  Fərhad  Ağazadə  də 

B.Çobanzadə  kimi,  hesab  edirdi  ki,  dilimizdə  minlərcə  əcnəbi 

kəlmələr  var  ki,  türkləşdirmək  olmur.  Ona  görə  də  türkləşə 

bilməyən kəlmələrin qədim türkcəsi var ki, onları canlandırmaq 

və dilimizə gətirmək lazımdır. Qədim türkcədə qarşılıqı olmayan 

sözləri  isə  başqa  türk  dillərindən  (cığatay,  altay  və  b.)  almaq 

lazımdır.  O  yazırdı:  «Hərgah  bugünkü  türkcənin  dörddə  üçü 

ərəbcədən  alınmışdırsa,  bunun  bir  çox  səbəbləri  vardır  ki, 

başlıcası 

minlərcə 

türk 

sözlərinin 



ərəb 

hərflərinə 

uyğunlaşdırılması  olmuşdur:  hər  kəlmənin  imlasında  az-çox 

çətinlik  duyan  yazıçılar  o  kəlməni  atıb  əvəzində  ərəbcəsini 

meydana  fırlatmışlar.  Min  ildən  çoxdur  ki,  türkcənin  başına 

böylə  oyunlar  gəlmişdir;  minlərcə  kəlmələrimiz  atılmış  və 

unudulmuşdur,  dilimiz  də  bundan  dolayı  kasıblaşmışdır»  [16, 

10].  O  qeyd  edirdi  ki,  vaxtilə  başqa  dillərin  təsiri  altında 

yarımcan  qalmış  türk  dili  indi  dirilmək  istəyir,  köhnə 

zənginliyinə  qayıtmaq  fikrindədir:  «Buna  dəlil  türk  ellərindəki 

dil  hərəkətləridir:  bir  yerdə  dili  türkləşdirirlər,  o  biri  yerdə 

saflaşdırırlar,  hətta  Azərbaycanda  istilahları  da  türkləşdirmək 

fikrinə  gəlmişlər.  Bəs,  türkcəmiz  çoxdan  itirdiyi  yatağına 

qayıtmaq istəyir [16, 11].  

Həmin  dövrün  tədqiqatçılarından  Hənəfi  Zeynallı 

yazırdı  ki,  dilçilərin  əksəriyyəti  Azərbaycanı  cənub  türkləri 

qrupundan  sayırlar.  Ancaq  bu  mülahizə  yanlışdı  və  zaman 

gələcək,  bəlkə  də  araşdırmalar  nəticəsində  «Azərbaycan 

ləhcəsini  bütün  türk  ləhcələrinin  ortası  sayacaqlar»  [232,  114]. 

«Azərbaycanda el ədəbiyyatı» məqaləsində (1926) isə o yazırdı 

ki,  Azərbaycanın  işğalçıların  əsarəti  altında  olduğu  «zamanında 

xalq yaradıcılığının bir qismi olan el ədəbiyyatı, el söz və ahəngi, 

el  vəzni,  el  düşünüşünün  büsbütün  xatirələrdən  silinməsinə 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin