MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə281/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   277   278   279   280   281   282   283   284   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

265 


Milli  aydınlar  tərəfindən  irəli  sürələn  Azərbaycan  türk 

ədəbi  dilinin  ərəb,  fars,  rus,  eləcə  də  digər  əcnəbi  terminlərdən 

təmizlənməsi və qədim türkcə əsasında formalaşması ideyasının 

ictimaiyyət  arasında,  o  cümlədən  mətbuatda  bu  qədər  dəstək 

görməsi  SSRİ  rəhbərliyini  və  sovet  ideoloqlarını  ciddi  şəkildə 

rahatsız  etmişdir.  Eyni  zamanda,  sovet  ədəbiyyatında  puristlər 

adlandırılan [26, 131] milli fikrin tərəfdarları rus mənşəli sözləri 

də  dəyişməyi  təklif  edirdilər  ki,  bu,  sovet  imperiyası  üçün 

dözülməz idi. Həmin dövrdə, eləcə də sonralar sovet ideoloqları 

və onların Azərbaycandakı təmsilçiləri bu təklifləri pantürkizm, 

millətçilik  kimi  qiymətləndirir  və  tənqid  edirdilər.  Sovet 

ədəbiyyatında bununla bağlı yazılırdı: «Purizm kimi tanınmış bu 

cərəyan  tərəfdarları  həmin  yolla,  yeni  ictimai-siyasi  vəziyyətlə 

əlaqədar  dilimizə daxil olan  rus  dili və  rus  dili vasitəsilə  başqa 

dillərə  məxsus  sözlərin  də  qarşısını  almağa  çalışırdılar. 

Puristlərin  məsləhət  gördükləri  sözlər  dili  təmizləmir,  onun 

aydınlaşmasına, kütləviləşməsinə xidmət etmir, əksinə, dili daha 

da  qəlizləşdirir,  tez  qavrama  və  savadlanmanı  çətinləşdirirdi. 

Məhz  buna  görə  də,  purizm  cərəyanı  həm  20-ci,  30-cu  illərdə, 

həm  də  sonrakı  dövrlərdə  tənqid  oybektinə  çevrilmişdir»  [26, 

76].  

Ancaq  milli  dil  məsələsində  «sovet  beynəlmiləlçiliyi» 



tərəfdarları  (S.M.Əfəndiyev,  C.Məmmədquluzadə,  H.K.Sanılı 

və  b.)  birincisi,  türk  dili  dedikdə  xalqın  canlı  danışıq  dilini 

nəzərdə  tutur,  ikincisi  rus  və  avropamənşəli  sözlərə  də  meyil 

göstərirdilər.  Ümumiyyətlə,  türkcənin  milliləşdirməsinə-qədim 

türkcəyə müraciət edilməsinin əleyhinə olanlar əsasən, milli dil 

məsələsində  «mollanəsrəddinçilər»in  mövqeyini  müdafiə 

edirdilər.  Buna  səbəb,  «mollanəsrəddinçi»lərin  27  aprel 

işğalından  öncə  də  dil  məsələsində  ortaq  türk  dilinin  deyil, 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin