MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə29/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   25   26   27   28   29   30   31   32   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

31 


Çünki  indiki  dövrün  tələbləri,  imkanları  ilə  həmin  dövrün 

şəraiti xeyli dərəcədə fərqlidir.  

Bu  cür  mülahizələrdə  müəyyən  həqiqət  vardır  və  onu 

irəli sürənlərlə əsasən, razılaşmamaq da mümkün deyildir. Sa-

dəcə,  burada  diqqəti  çəkən  azərbaycançılıq  ideyası  baxımın-

dan  «üçlük»dən  necə  və  hansı  formada  istifadə  olunmasıdır. 

Bu baxımdan, bizcə, hazırda bəzi tədqiqatçılar tərəfindən «üç-

lüy»ün,  xüsusilə  türkçülüyün  azərbaycançılıqdan  az  qala 

tamamilə  fərqli  bir  ideya  kimi  irəli  sürülməsi  doğru  deyildir. 

Əksinə,  «üçlük»lə,  daha  çox  da  türkçülüklə  azərbaycançılıq 

arasında  heç  bir  ziddiyyətin  olmaması,  onların  bir-birini 

tamamlaması mülahizəsi önə çəkilməlidir.  

Monoqrafiyada  Azərbaycan  milli  ideologiyasının 

mahiyyətinin aydınlaşdırmaqdan ötrü milli ideologiya anlayışı 

ilə  yanaşı,  milli  ideyanın  da  nədən  ibarət  olması  araşdırıl-

mışdır.  Hər  halda,  hazırkı  ədəbiyyatda  milli  ideya  və  milli 

ideologiya  məsələlərinin  qarışdırılmasına  tez-tez  rast  gəlirik. 

Bunun  da  nəticəsi  olaraq  əksər  hallarda  azərbaycançılıq  həm 

milli  ideya,  həm  də  milli  ideologiya  kimi  təqdim  olunur.  Bu 

baxımdan əvvəlcə bilməliyik  ki,  Azərbaycan milli  ideyası  və 

Azərbaycan milli  ideologiyası  dedikdə, nəyi  nəzərdə tuturuq. 

Bizcə, ideya bir fikri, təsəvvürü, prinsipi özündə əks etdirdiyi 

halda,  ideologiya  bir  neçə  fikri,  təsəvvürü  və  yaxud  prinsipi 

özündə  cəmləşdirən  baxışlar  sistemidir.  İlk  baxışda,  milli 

ideya  nisbətən  məhdud,  milli  ideolgiya  isə  daha  geniş 

anlayışdır. Ancaq bunun özünə münasibətdə də kifayət qədər 

ziddiyyətlər vardır.  

Kitabın  bu  hissəsində  azərbaycançılığın  mahiyyətinə, 

onun yaranması, formalaşması və inkişaf mərhələlərinə fəlsəfə 

tarixi  baxımından  da  toxunulmuşdur.  İlk  dəfə,  «azərbaycan-





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin