www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
34
34
Azərbaycan milli ideologiyası probleminin mahiyyət-
ini dərindən başa düşmək üçün, öncə milli ideya və milli
ideologiya məsələsinə aydınlıq gətirməyə çalışmışıq. Çünki
hər bir millətin varlığı ilk növbədə, milli ideya və yaxud da
milli ideyalarla bağlıdır. Məhz bir və yaxud bir neçə ideyanın
sonucu olaraq milli ideologiya yaranır. Ümumiyyətlə, millətin
həyatında yalnız bir ideyanın olması və onun əsasında milli
ideologiyanın təşəkkül tapması çətindir. Burada ən yaxşı halda
hansısa milli ideyanın aparıcı rolundan bəhs oluna bilər. Yəni
istənilən halda, milli ideologiyanın tərkibinə bir neçə ideya
daxil olur. Ancaq burada diqqət yetirləcək əsas məsələ ondan
ibarətdir ki, birincisi, hər hansı millət üçün hansı ideyalar
önəmlidir. Yəni bir millət hansı bir neçə ideyanı milli
ideologiyanın tərkib hisəssinə qəbul edir. İkincisi isə, həmin
ideyalar arasından hansı milli ideya aparıcı mövqeyə malik
olur.
O da istisna deyil ki, zaman-zaman milli ideologiyanın
tərkibinə ya kənardan, ya da cəmiyyətin öz daxilindən yeni
ideyalar daxil olsun. Çünki ideologiya ideya, yaxud ideyalar
haqqında təlim olduğuna görə, hər hansı millət müəyyən
zaman kəsiklərində yeni ideya ilə üzbəüz qala bilər. Bu zaman
yeni ideya və yaxud ideyaların mövcud ideyaların üstündən ya
bir dəfəlik xətt çəkməklə (zorakılıqla), ya da müxtəlif
üsullarla onları kölgədə qoymaqla cəmiyyətin şüurunda özünə
yer tapması da mümkündür. Bu cür hallar ayrı-ayrı millətlərin
taleyində dəfələrlə baş vermişdir. Bununla qarşılaşan millətlər
yeni ideyalarla mövcud ideyalar arasında ya uzlaşdırma
tapmağa çalışmış, ya yeni ideyanı qəbul etməmiş, ya da onun
qarşısında məğlub duruma düşmüşlər. Məsələn, ruslar onlara
kənardan daxil olan marksizmi rus milli ideyasının bir forması
|