MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə31/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   27   28   29   30   31   32   33   34   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

33 


 

Cəmiyyətimizin zehnində Azərbaycan  

istiqlalı fikri yer tutmuş, yerləşmişdir.  

Çünki üçrəngli o məğrur bayraq artıq  

siyasətən hamımızı birləşdirmişdir! 

Məhəmməd Əmin Rəsulzadə 

 

I FƏSİL 

 

XX yüzilliyin əvvəllərində (1900-1920)  

Azərbaycan fəlsəfi fikrində Milli ideya axtarışı 

 

1.1.

 

Milli ideya, onun mahiyyəti və əsas xətləri  

 

Azərbaycan  milli  ideologiyasının  tərkib  hissəsinə  bir 



yox, bir neçə ideya daxildir. Doğrudur, bu ideyalar sıralama-

larına  görə  zaman-zaman  yer  dəyişdirmiş,  hətta  bəzən  milli 

ideyaları qeyri-milli ideyalar belə əvəz etmişdir. Məsələn, Az-

ərbaycan  milli  ideologiyasının  tərkib  hissəsində  dörd  ideya: 

türkçülük, 

islamçılıq, 

müasirləşmək, 

azərbaycançılıq 

arasından  20-ci  əsrin  əvvəllərində  ardıcılıqla  islamçılıq, 

müasirlik, türkçülük öndə olmuşdursa, SSRİ dövründə (1920-

1991)  onları  qeyri-milli  sovet  beynəlmiləlçiliyi  və  «sovet 

azərbaycançılığı»,  müstəqillik  dövründə  (1991-…)  isə  milli 

azərbaycançılıq  əvəz  etmişdir.  Ola  bilsin  ki,  müəyyən 

müddətdən  sonra  yeni  bir  ideya,  məsələn  türkçülük  ideyası 

azərbaycançılığı  üstələyəcəkdir.  Əlbəttə,  bütün  bu  yer 

dəyişmələrin  baş  verməsində  dünyada,  regionda  və 

cəmiyyətin  öz  daxilində  baş  verən  proseslər  mühüm  rol 

oynayır. Yəni heç bir şeyi mütləqləşdirərək demək ki, yox bu 

heç vaxt mümkün ola bilməz, doğru deyildir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin