MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə33/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   29   30   31   32   33   34   35   36   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

35 


halına  gətirmiş,  bununla  da  çar  Rusiyasının  yerində  Sovetlər 

Birliyi  imperiyasını  qurmağı  bacarmışlar.  Bunun  eynisini 

onlardan 

öncə 


farslar 

Hind-Avropa 

nəzəriyyəsinin 

yaradıcılarının yardımı ilə etmişlər. Belə ki, farsların bir neçə 

əsr  milli  dövlətləri  olmamış,  yalnız  İslam  dinini  şiəlik  adı 

altında  farsçılıqla-irançılıqla  eyniləşdirdikdən  sonra  İranı  bir 

fars dövləti etməyi bacarmışlar. Almanların əksəriyyəti isə bir 

əsrdə  həm  millətçiliyin  ən  mürtəce  forması  olan  faşizmi-

hitlerizmi  qəbul  etmiş,  həm  də  çox  keçmədən  ondan  imtina 

etmişlər. 

Çar Rusiyası və Qacarlar dövləti arasında gedən müha-

ribələrdən  və  həmin  müharibələrin  nəticəsi  olaraq  bağlanan 

müqavilələrdən (1813-cü il «Gülüstan», 1828-ci il «Türkmən-

çay») sonra iki yerə: Quzey Azərbaycana və Güney Azərbay-

cana parçalanan Azərbaycan türklərinin həyatında da özlərinin 

müəyyənləşdirdikləri  milli  ideyalar  qədər  (türkçülük,  islam-

çılıq,  müasirləşmək,  milli  azərbaycançılıq),  kənardan  daxil 

olan  qeyri-milli  ideyalar  (farsçılıq-irançılıq,  ruslaşdırma, 

marksizm-leninizm və b.) da mühüm rol oynamışdır. Məsələn, 

1925-ci  ilə  qədər  türk  sülaləsinin  idarə  etdiyi  Qacarlar 

dövlətinin devrilməsində və farsların hakimiyyətə gəlməsində 

ilk  növbədə,  Güney  Azərbaycan  türklərinin  İslam  dini  adı 

altında  onların  şüurlarına  yeridilən  şiəçilik-irançılıq  ideyası 

qarşısında yenilmələri olmuşdur. Təxminən 100 ilə yaxın, özü 

də demək olar ki, birtərəfli şəkildə aparılan ideya savaşından 

farsların qalib çıxmasından sonra  Güney Azərbaycan türkləri 

yenidən  milli  ideyalarını,  xüsusilə  türkçülüyü  dirçəltməkdən 

başqa yol görmürlər. 

Quzey  Azərbaycan  türkləri  isə  çar  Rusiyası  və  Sovet 

Rusiyasının işğalı müddətində ruslaşdırma, rus bolşevizmi və 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin