www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
33
Cəmiyyətimizin zehnində Azərbaycan
istiqlalı fikri yer tutmuş, yerləşmişdir.
Çünki üçrəngli o məğrur bayraq artıq
siyasətən hamımızı birləşdirmişdir!
Məhəmməd Əmin Rəsulzadə
I FƏSİL
XX yüzilliyin əvvəllərində (1900-1920)
Azərbaycan fəlsəfi fikrində Milli ideya axtarışı
1.1.
Milli ideya, onun mahiyyəti və əsas xətləri
Azərbaycan milli ideologiyasının tərkib hissəsinə bir
yox, bir neçə ideya daxildir. Doğrudur, bu ideyalar sıralama-
larına görə zaman-zaman yer dəyişdirmiş, hətta bəzən milli
ideyaları qeyri-milli ideyalar belə əvəz etmişdir. Məsələn, Az-
ərbaycan milli ideologiyasının tərkib hissəsində dörd ideya:
türkçülük,
islamçılıq,
müasirləşmək,
azərbaycançılıq
arasından 20-ci əsrin əvvəllərində ardıcılıqla islamçılıq,
müasirlik, türkçülük öndə olmuşdursa, SSRİ dövründə (1920-
1991) onları qeyri-milli sovet beynəlmiləlçiliyi və «sovet
azərbaycançılığı», müstəqillik dövründə (1991-…) isə milli
azərbaycançılıq əvəz etmişdir. Ola bilsin ki, müəyyən
müddətdən sonra yeni bir ideya, məsələn türkçülük ideyası
azərbaycançılığı üstələyəcəkdir. Əlbəttə, bütün bu yer
dəyişmələrin baş verməsində dünyada, regionda və
cəmiyyətin öz daxilində baş verən proseslər mühüm rol
oynayır. Yəni heç bir şeyi mütləqləşdirərək demək ki, yox bu
heç vaxt mümkün ola bilməz, doğru deyildir.
|