www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
31
Çünki indiki dövrün tələbləri, imkanları ilə həmin dövrün
şəraiti xeyli dərəcədə fərqlidir.
Bu cür mülahizələrdə müəyyən həqiqət vardır və onu
irəli sürənlərlə əsasən, razılaşmamaq da mümkün deyildir. Sa-
dəcə, burada diqqəti çəkən azərbaycançılıq ideyası baxımın-
dan «üçlük»dən necə və hansı formada istifadə olunmasıdır.
Bu baxımdan, bizcə, hazırda bəzi tədqiqatçılar tərəfindən «üç-
lüy»ün, xüsusilə türkçülüyün azərbaycançılıqdan az qala
tamamilə fərqli bir ideya kimi irəli sürülməsi doğru deyildir.
Əksinə, «üçlük»lə, daha çox da türkçülüklə azərbaycançılıq
arasında heç bir ziddiyyətin olmaması, onların bir-birini
tamamlaması mülahizəsi önə çəkilməlidir.
Monoqrafiyada Azərbaycan milli ideologiyasının
mahiyyətinin aydınlaşdırmaqdan ötrü milli ideologiya anlayışı
ilə yanaşı, milli ideyanın da nədən ibarət olması araşdırıl-
mışdır. Hər halda, hazırkı ədəbiyyatda milli ideya və milli
ideologiya məsələlərinin qarışdırılmasına tez-tez rast gəlirik.
Bunun da nəticəsi olaraq əksər hallarda azərbaycançılıq həm
milli ideya, həm də milli ideologiya kimi təqdim olunur. Bu
baxımdan əvvəlcə bilməliyik ki, Azərbaycan milli ideyası və
Azərbaycan milli ideologiyası dedikdə, nəyi nəzərdə tuturuq.
Bizcə, ideya bir fikri, təsəvvürü, prinsipi özündə əks etdirdiyi
halda, ideologiya bir neçə fikri, təsəvvürü və yaxud prinsipi
özündə cəmləşdirən baxışlar sistemidir. İlk baxışda, milli
ideya nisbətən məhdud, milli ideolgiya isə daha geniş
anlayışdır. Ancaq bunun özünə münasibətdə də kifayət qədər
ziddiyyətlər vardır.
Kitabın bu hissəsində azərbaycançılığın mahiyyətinə,
onun yaranması, formalaşması və inkişaf mərhələlərinə fəlsəfə
tarixi baxımından da toxunulmuşdur. İlk dəfə, «azərbaycan-
|