MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə26/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   22   23   24   25   26   27   28   29   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

28 



28 

«türk  dili»  və  «Azərbaycan  dili»  anlayışlarının  Azərbaycan 

türklərinin  dilinin  adını  özündə  nə  dərəcədə  əks  etdirməsi 

araşdırılmışdır.  

Türkçülüyün  Azərbaycan  Respublikası  və  onun  xalqı 

üçün  əhəmiyyətini  dövlət  başçısı  İlham  Əliyev  də  dəfələrlə 

bəyan  etmişdir.  2013-cü  ilin  avqustun  16-da  Azərbaycanın 

Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 

III  Zirvə  toplantısında  İlham  Əliyev  bildirmişdir  ki,  bu 

təşkilatda  təmsil  olunan  xalqları  ortaq  milli-mənəvi  dəyərlər 

birləşdirir:  «Bizim  xalqlarımızı  ortaq  tarix,  mədəniyyət  və 

müştərək  dəyərlər  birləşdirir.  Əsrlər  boyu  bizim  xalqlarımız 

bir-biri  ilə  sıx  əlaqədə  olmuşdur,  əməkdaşlıq  etmişik,  bir 

yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə 

müstəqil  dövlətlər  kimi,  biz  bütün  məsələlərdə  bir  yerdəyik, 

bir  yerdə  olmalıyıq.  Hesab  edirəm  ki,  Türkdilli  Dövlətlərin 

Əməkdaşlıq  Şurasının  başlıca  vəzifəsi  xalqlar  və  ölkələr 

arasındakı birliyi daha da möhkəmləndirməkdir» [86

c

]. 


İ.Əliyev  daha  sonra  bildirmişdir  ki,  türkdilli  dövlətlər 

arasında  türk  mədəniyyətinin  birliyi  vacib  məsələlərdən  biri-

dir.  Prezidentin  fikrincə,  türk  mədəniyyətinin  də  əsasında 

ortaq köklərimiz, ortaq bayramlarımız və ortaq dillərimiz çıxış 

edir:  «Bizim  mədəniyyətimiz  bir-birinə  çox  bağlıdır.  Bizim 

köklərimiz  də,  bayramlarımız  da  eynidir,  dillərimiz  də  bir-

birinə  oxşayır.  Yəni,  humanitar  sahə  əməkdaşlığımız  üçün 

əsasdır.  Yəni,  əgər  bu  olmasaydı  yəqin  ki,  əməkdaşlıq  bu 

dərəcədə  inkişaf  etməzdi.  Ona  görə  əlbəttə  ki,  humanitar 

sahələrdə  aparılan  işlərə  çox  böyük  diqqət  göstərilməlidir. 

Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. 

TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarların-

da  fəal  iş  aparır  və  beləliklə,  türk  dünyasının  birləşməsinə 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin