www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
25
xüsusilə fəlsəfə tarixi baxımından əsas problem odur ki, ötən
əsrdən bizə miras qalan ideya və ideologiyaları təsdiq və ya
inkar edərkən, digər müəlliflər hansı metodologiyadan çıxış
etmişlər və biz, nəyi təklif etmişik.
Bizcə, milli və bəşəri dəyərlərin sintezindən çıxış
etməklə yanaşı, birincinin müəyyən üstünlüyünü önə
çəkilməlidir. Zənnimizcə, ötən əsrin əvvəllərində Azərbaycan
milli
ideoloqları
(M.Ə.Rəsulzadə,
N.Yusifbəyli,
Ə.Topçubaşov və b.) da məhz belə bir metoddan istifadə
edərək, milli-demokratik məfkurəyə əsaslanan Azərbaycan
Cümhuriyyətini yaradarkən milli özünəməxusuluğu heç vaxt
arxa plana keçirməmişlər. Bu Cümhuriyyətin milli
ideologiyası dövlət bayrağında da öz əksini tapdığı kimi,
türkçülük-milillilik, müasirlik-dünyəvilik və islamçılıq-dini-
mənəvi dəyərlər təşkil etmişdir. Bu üç ideya Azərbaycan milli
ideologiyasının mahiyyətini təşkil etmiş, Azərbaycan Cüm-
huriyyətinin yaranması ilə yeni bir ideya – azərbaycançılığı
doğurmuşdu. Bununla da, Azərbaycan milli ideologiyasının
əsasını artıq dörd ideya xətti: türk(çülük), islam(çılıq),
çağdaş(lıq) və azərbaycan(çılıq) təşkil edir.
Şübhəsiz, türkçülük, islamçılıq və müasirliyə
əsaslanan azərbaycançılığın yaranmasında M.Ə.Rəsulzadə
mühüm rol oynamışdır. Çağdaş Azərbaycan dövlətçiliyinin
yaranmasında və milli istiqlal ideyalarının yayılmasında
müstəsna əməyi olan M.Ə.Rəsulzadə ədəbi-ictimai fikir
tariximizə də layiqli töhfələr vermişdir. Bütün bunların dövlət
səviyyəsində qeyd edilməsi də göstərir ki, Rəsulzadə
Azərbaycan tarixinin və fəlsəfəsinin dəyərli milli
ideoloqlarından biri olmuşdur.
|