www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
41
oynamışdır. Hətta, bəzi millətlər bu günə qədər var olmaların-
da tapındıqları dinə borcludurlar. Çünki dinin cəmiyyətin
şüuruna təsiri qan-nəsil birliyindən daha çox etiqad, inam və
inanclarla bağlıdır. Bu inanclar, inamlar müxtəlif millətlər
daxilində fərqli mahiyyətlərə malik olmalarına baxmayaraq,
onların əsas təsiretmə vasitəsi ilk növbədə, şüurla bağlıdır.
Yəni din ideyasında insanları birləşdirən onların şüurlarındakı
hər hansı sitayiş obyektləri və ona gətirilən inamlar,
etiqadlardır.
Özəlliklə, müstəmləkə halına düşmüş bir çox
millətlərin bundan qurtulmaq üçün milli ideya kimi
tapındıqları hər hansı dini seçmələri də təbiidir. Məlum
olduğu kimi milli özünütəyin, milli özünüdərklə bağlı ideyalar
yaranana qədər din ideyası milli ideya rolunda çıxış etmişdir.
Təsadüfi deyil ki, orta əsrlərdə bir çox Avropa millətlərinin
əsas milli ideyası Xristian dini olmuşdur. Avropa millətləri
(fransızlar, ingilislər və b.) yalnız XVII-XVIII əsrlərdən
başlayaraq millət və din ideyalarını bir-birindən fərqləndir-
məyə başladılar. Bununla da, həmin dövrdən etibarən
Avropanın xristian toplumları millətləşmə prosesinə üz
tutdular. Bu prosesdə N.Makiavelli, T.Hobbs, C.Lokk,
Ş.L.Mönteskye və başqaları mühüm rol oynadılar.
Maraqlıdır ki, Xristian Avropasında millətləşəmə pro-
sesi getdiyi bir dövrdə İslam Şərqində dinləşmə daha da güc-
ləndi. Məsələn, Osmanlı, Səfəvilər kimi böyük müsəlman
dövlətlərində milli kimlik tamamilə aradan qalxır, onun yerini
sünni osmanlılığı, şiə iranlılığı tuturdu. Bu baxımdan həmin
əsrlərdə Avropa mütəfəkkirləri milləti xristianlıqdan
fərqləndirməyə
çalışdıqları
halda,
müsəlman
Şərqi
mütəfəkkirləri tərsinə ümmətçiliyi gücləndirməyə çalışırdılar.