MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə311/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   307   308   309   310   311   312   313   314   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

294 



294 

müddəaların  heç  bir  əsası  yoxdur:  «Hər  bir  millətin 

mədəniyyətinə  onun  tarixi  inkişafının  xüsusiyyətlərini,  milli 

özünüdərkini,  məişətini,  xarakterini,  coğrafi  mühitini  ifadə 

edən  məxsusi  milli  əlamət  və  ənənələr  daxildir.  V.İ.Lenin 

qeyd  etdiyi  kimi,  ümumən  heç  bir  «beynəlmiləl  mədəniyyət 

milliyyətsiz  deyildir».  Bunları  nəzərə  almadan  milli 

mədəniyyətin  istiqamətini,  onun  beynəlmiləl  keyfiyyətlərini 

düzgün  müəyyənləşdirmək  olmaz»  [132,  33-34].  Bunu  gözə 

alaraq  sovet  ideoloqları  Azərbaycan  xalqı  arasında  təbliğat 

aparırdılar  ki,  tarixən  ayrı-ayrı  ictimai-siyasi  və  ərazi 

şəraitində  yaşayan  kütlələri  bir  millətdən  saymaq  olmaz.  Bu 

baxımdan  guya,  Türkiyə  türkləri  ilə  onun  sərhədindən 

kənardakı türklər (azərbaycanlılar, türkmənlər və b.) arasında 

nə milli siyasi, nə də dini-mədəni bağ qalmışdır. Belə ki, yüz 

illərdən  bəri  bambaşqa  tarixi  inkişaf  nəticəsində  Türkiyədən 

kənarda  qalan  türklər,  Türkiyə  türklüyündən  qoparaq  başqa 

ölkələrin,  başqa  quruluşların  fərdləri  olmuşlar.  Ona  görə  də, 

Türkiyədən  kənardakı  Azərbaycan,  Orta  Asiya  və  başqa 

türklərlə əlaqə yaratmaq lazım gəlmir.  

Şübhəsiz, bu cür Rus-Avropa-Qərb yönlü ideologiyaya 

qarşı  mübarizə  aparmaq  dünən  olduğu  kimi  bu  gün  də 

çətindir.  Çünki  bu  antitürk,  antislam  ideologiya  İslam-Türk 

dünyasında geniş  yayılmış, bir çox ziyalıların şüuruna hakim 

kəsilmişdir.  Hazırda  Rus-Avropa-Qərb  yönlü  ideologiya 

postsovet  məkanındakı  Azərbaycan,  Türküstan,  Tatarıstan 

türklərinə  bir,  Türkiyə  türklərinə  başqa,  Uyğur  və  İran 

türklərinə isə digər şəkildə təsir göstərməkdə davam edir. Bu 

mənada,  türk  aydınlarının  başlıca  məqsədi  bu  antitürk, 

antislam  ideologiyadan  qurtulmaq  və  milli-demokratik  əsaslı 

məfkurəyə üz tutmaq olmalıdır. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin