MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə309/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   305   306   307   308   309   310   311   312   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

292 



292 

və  Türklük  əleyhinə  aparılan  kompaniyaya  dəstək  vermişlər 

[101, 4; 176, 4-5; 200, 15;  151, 26].  

Gördüyümüz  kimi,  sovet  dövründə  əksər  alimlərin 

İslama  və  Türklüyə  münasibəti  daha  çox  qeyri-obyektiv 

mahiyyət daşımışdır. Şübhəsiz, bu müəyyən qədər onların öz 

dünyagörüşünün nəticəsi idisə, burada həmin dövrün ideoloji 

mühiti  də  mühüm  rol  oynamışdır.  Belə  ki,  həmin 

mütəfəkkirlər xurafat və mövhumatı, ikiüzlü ruhaniləri tənqid 

etməkdə nə qədər haqlı olsalar da, ancaq bütun bunları İslam 

və  onun  əsas  kitabı  olan  Quranla  bağlamaqla  səhvə  yol 

vermişlərdir.  Məsələn,  onlar  bu  dövrdə  yeri  gəldi-gəlmədi 

İslam  dini  ilə  bağlı  mərasim  və  bayramları,  o  cümlədən 

orucluğu  və  qurban  bayramını  tənqid  hədəfi  kimi  seçirdidər. 

Bu zaman onlar həmin mərasim və bayramlardan sui-istifadə 

edən ruhanilərlə yanaşı, heç bir əsası olmadan xalqın ürəkdən 

bağlandığı  orucluq  və qurban bayramlarının da  keçirilməsinə 

qarşı çıxırdılar. Doğrudur, sovet dövründə yaşamış bu alimlər 

bunu  edərkən  həm  də  sovet  ideologiyasının  uydurduğu  elmi 

kommunizmin dinə münasibətindən çıxış etmişlərdir.  

Deməli,  XX  əsrin  ikinci  yarısında  da,  dini  və  milli 

ideologiyaya  qarşı  sovet  ideoloqları  ciddi  şəkildə  mübarizə 

aparmışlar.  Sadəcə,  bu  dövrdə  milli-dini  dəyərləri  tənqid 

edənlər  özlərinə  istinadgah  kimi,  ya  XIX  əsr  mütəfəkkirləri 

M.F.Axundzadəni,  M.Ş.Vazehi,  ya  da  XX  əsrin  əvvəllərində 

marksizm-leninizm  əqidəsindən  çıxış  edən  N.Nərimanov, 

S.M.Əfəndiyev,  S.Ağamalıoğlu,  R.Axundov,  C.Məmməd-

quluzadə  və  başqalarını  götürmüşlər.  Digər  tərəfdən  hiss 

olunur  ki,  dini  və  millilik  ideyasını  tənqid  edənlərin  əsas 

hədəfi din və millətdən daha çox, islamçılıq və türkçülükdür. 

Bu  isə  o  anlama  gəlir  ki,  dinə  və  milliliyə  qarşı  çıxış  ilk 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin