www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
288
288
Xüsusilə, SSRİ dövründə «Molla Nəsrəddin» jurnalında
din xadimlərini haqlı və ya haqsız son dərəcədə alçaldırdılar.
Hətta, din xadimlərini, o cümlədən mollaları dünyada təhqiredici
heyvan hesab olunan ulağa bənzədirdilər. «Molla Nəsrəddin»
jurnalının saylarının birinin (1926, mart, №13) üz qabığında
molla ulağın qarnından çıxaraq: köpək uşaqları səs salıb ağzıoruc
məni özündən çıxarırsınız [160
a
, 663]. Hətta, «din mövhumat və
xurafatdan ibarətdir» deyən «mollanəsrəddin»çilər bir qədər də
qabağa gedərək peyğəmbərimizin (s) dilindən yazırdılar: «Mən
bu islamı vücudə vaxt orucunu İran əsatirindən, namazını
Xristianlıqdan, Şarib vurmağı babillərdən, zülf qoymağı
qibtilərdən, kitabını İncildən, Tövratdan, Buddadan, Zənd-
Avestadan aldım, təəddüdi-zəvacatı (çoxarvardlılığı) da özüm
əlavə elədim [160
a
, 171]. Ümumiyyətlə, SSRİ dövründə nəşr
olunan «Molla Nəsrəddin» jurnalında Allahın və onun
peyğəmbərlərinin təhqir olunması adi hal olmuşdu [160
a
, 219,
236-237, 352, 751, 767].
Hətta, arada-sırada «Molla Nəsrəddin» jurnalının baş
redaktoru mühacirətdə olan milli ruhlu azərbaycançılara
sataşmaqdan da geri qalmırdı. Belə ki, «Molla Nəsrəddin»
jurnalının saylarının birində müsavatçılara sataşan C.Məmməd-
quluzadə yazırdı: «Bu da bir cür məhərrəmi. Berlində yaşayan
bəzi Müsavat qaçıqınları, Şura Azərbaycanının 6-cı
ildönümündə, Berlin restoranlarından birini Müsavat bayraqları
ilə bəzəyib, gecə yarısınacan matəm saxlamışlardır». Jurnalın üz
qabığındakı şəklində «Müsavat» qaçqınları üçboyalı bayraqla
bəzədilmiş restoranda «kef edirlər». Məmmədquluzadə onların
dilindən yazırdı: «Necə qan ağlamasın daş bu gün, Qalmışıq
xaricdə biz kibi ovbaş, bu gün» [160
a
, 767].
|