www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
285
S.M.Əfəndiyev İslam dini ilə mübarizədə radikalizmə də meyil
göstərmişdir.
Ancaq həmin dövrdə bir çox yerli bolşeviklər
(S.Ağamalıoğlu, R.Axundov və b.) İslam dininə münasibətdə
radikal mövqeyi ilə seçilmişlər. Hətta, onlar Quranla,
Məhəmməd peyğəmbərin (s) dünyagörüşü ilə birbaşa tanış
olmadan, eləcə də bu dinə aid ayin və mərasimlərin əsil
mahiyyətini öyrənmədən kor-koranə şəkildə İslam dininə qarşı
çıxmışlar. Bu yolu tutanlar başa düşmür, yaxud da düşmək
istəmirdilər ki, bu və ya digər ayin və mərasimlə bağlı yaranmış
mövhumatın, xurafatın İslam dininə və onun Peyğəmbərinə (s)
heç bir aidiyyəti yoxdur. Məhz İslamın əsil mahiyyətini dərk
etmədikləri, eləcə də marksist-leninçi təlimə sadiq olduqlarını
sübut etmək üçün 1923-cü ildə «Materialistlər klubu»nda bir
araya gələn S.Ağamalıoğlu, R.Axundov, S.M.Əfəndiyev,
Ə.Qarayev və bu kimi bolşeviklər namaz qılmaq, həccə getmək
və İslamın digər ayinlərini zəhmətkeş xalqın fiziki və mənəvi
inkişafına yabançı olduğunu iddia edirdilər. Onlar xalq arasında
elmi kommunizmi, elmi ateizmi təbliğ edərək yalnız dini
mövhumata və xurafata deyil, bütövlükdə İslam dininə qarşı
çıxırdılar [256, 8]. Məsələn, Səmədağa Ağamalıoğlu hesab
edirdi ki, bütün dinlər, o cümlədən İslam ruhanilərin iddia
etdikləri kimi, nə insan təbiətinə xas olan fitri xüsusiyyət, nə də
Allahın insanlara bəxş etdiyi bir hadisədir. Dünyanın ikiliyi, yəni
bu dünya və o dünya (axirət) ideyasını rədd edən
Ağamalıoğlunun fikrincə, din üstə ölənlərin cənnətə getmələrinə
heç bir ümid yoxdur və cənnətin özü də yoxdur [166, 48]. Onun
fikrincə, ictimai-tarixi hadisə olan İslam dini Allahın göndərdiyi
din kimi deyil, ərəb əyanlarının və tacirlər təbəqəsinin sinfi
ideologiyası kimi yaranmışdır [166, 46]. Başqa bir yerli
|