MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə300/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   296   297   298   299   300   301   302   303   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

283 


cəbhəsinə  keçdi  və  bütün  səy  və  bacarıqlarını  bu  sahəyə  həsr 

etdi»  [15,  98].  M.Ağayevin  fikrincə,  bunun  nəticəsində 

Azərbaycanda  dinsizlərin,  ateistlərin  sayı  çoxaldı,  dindarların 

sayı  isə  yox  səviyyəsinə  qədər  aşağı  düşdü.  Bizcə  də,  həmin 

dövrdə  könüllü  olaraq  İslamı  tənqid  hədəfi  seçənlərlə  yanaşı, 

məcburiyyətdən  bunu  edənlər  də  olmuşdur.  Fikrimicə, 

ümumilikdə  SSRİ  dövründə  Azərbaycanda  dinə  ikili  baxış:  1)  

mötədilçilər (N.Nərimanov, S.M.Əfəndiyev və b.); 2) radikallar 

(S.Ağamalıoğlu,  R.Axundov,  Ə.Qarayev  və  b.)  olmuşdur. 

Doğrudur,  onların  hər  ikisi  İslam  dininin  məhvini  qarşılarına 

məqsəd  kimi  qoymuşdular.  Sadəcə,  burada  fərq  o  idi  ki, 

birincilər  təkamüllə  və  zor  işətmədən,  ikincilər  isə  dəhral  və 

zorakılıqla İslam dinini məhv etmək məqsədi güdürdülər.  

Sovet  dövründə  din  probleminin  təkamüllə  və  zor 

işlətmədən    həll  edilməsinin  tərəfdarlarından  N.Nərimanov 

hesab  edirdi  ki,  kütləni  savadlandırmadan  bu  problemi  həll 

etmək mümkün deyildir. Onun fikrincə, yalnız dindar kütlənin 

inkişaf səviyyəsini yüksəltmək yolu ilə dinə aid mərasimlərə, 

o cümlədən məhərrəmliyə münasibət dəyişə bilər. Bu mənada, 

İmam  Hüseynin  (ə)  qətlini  «Məhəmmədin  qanunlarını  pozan, 

hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-

mərdanə  çıxış  etmiş  adamın  həyatında  bütöv  bir  faciə»  [168, 

447] kimi qiymətləndirən Nərimanov yazırdı ki, S.Ağamalıoğlu, 

R.Axundov  kimlərinin  İmam  Hüseyni  (ə)  qorxaq  kimi 

xarakterizə  etmələri  doğru  deyildir:  «Qorxaq  odur  ki, 

vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn 

tabe olsun  və öz vicdanını satsın  deyə  Yezid bütöv bir vilayəti 

idarə etməyi ona təklif edirdi. O bunu etmədi: həlak oldu» [168, 

447].  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin