MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə296/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   292   293   294   295   296   297   298   299   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

279 


olması  ilə  bağlı  151-ci  maddə  əlavə  olunmuşdu  [103,  146]. 

C.Həsənli  daha  sonra  yazır:  «Dövlət  dili  haqqında  qanunun 

qəbul  edilməsindən  sonra  respublikada  güclənən  milli  ideya 

mədəni  irsə  və  mədəniyyət  xadimlərinə  münasibətdə  milli 

təssübkeşlik meyillərini doğurdu» [103, 165].  

Qeyd  edək  ki,  milli  dilin  hüququ  statusu  ilə  bağlı, 

məsələnin  bu  cür  fərqli  izahı  təsadüfi  deyildir.  Belə  ki,  həmin 

dövrdə  bu  məsələ  ilə  uğraşan  İ.Mustafayev,  M.İbrahimov, 

R.Rza,  R.Yüzbaşov və başqaları da bildirirdilər ki,  1937-ci ildə 

qəbul olunan Azərbaycan SSR Konstitusiyasında dövlət dili ilə 

bağlı  ayrıca  bir  maddə  salınmamışdır  və  bu,  Azərbaycan  xalqı 

arasında  narazlığa  gətirib  çıxarmışdır.  Bu  baxımdan  1950-ci 

illərdə  Ali  Sovetin  sədri,  xalq  yazıçısı  Mirzə  İbrahimov  AKP 

MK-ya göndərdiyi məktubunda «Azərbaycan dili»nin dövlət dili 

olmasını  əsaslandırmaq  üçün  yazırdı:  «Sovet  dövründə  əldə 

etdiyimiz böyük qələbələrdən biri Azərbaycan dilinin dövlət dili 

səviyyəsinə qalxmasıdır. İstər kənd, rayon, şəhər partiya və sovet 

təşkilatlarında, istərsə respublika təşkilatlarında Azərbaycan dili 

dövlət  dili  kimi  işlənir.  Söz  yox  ki,  getdikcə  bu  vəziyyət 

genişlənəcək  və  möhkəmlənəcəkdir.  Bu  vəziyyət  respublikanın 

Konstitusiyasında (Qanun əsasında) əks olunmalıdır» [103, 143].  

1956-cı  ildə  Ali  Sovetin  3-cü  sessiyası  «Azərbaycan 

dili»nin  dövlət  dili  olması  haqqında  qanun  qəbul  etdikdən  az 

sonra M.İbrahimovun «Kommunist» qəzetində «Azərbaycan dili 

dövlət  idarələrində»  məqaləsi  dərc  olundu  ki,  burada 

C.Həsənlinin  də  qeyd  etdiyi  kimi,  çar  Rusiyasının  simasında 

Sovet  Rusiyasının  müstəmləkəçilik  siyasəti,  xüsusilə  milli 

məsələyə  baxışda  «böyük  millət»  və  «kiçik  millət»  anlayışları 

tənqid  olunmuşdu.  M.İbrahimov  yazırdı:  «Hakim  millətin, 

«böyük» millətin məzlum millətə, «kiçik» millətə göstərdiyi hər 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin