dilin hüquqi, yəni dövlət dili kimi rəsmi statusuna gəlincə,
burada da qaranlıq və mürəkkəb məsələlər kifayət qədərdir.
Milli dili ruslaşdırmaq və kosmopolit hala gətirmək üçün,
Sovet rəhbərliyinə lazım idi ki, yalnız türk dilinin mahiyyətini
deyil, onun adını da dəyişdirsin və yeni hüquqi bir status
yaratsınlar. Bu məqsədlə 1936-cı ildə SSRİ Konstitusiyasında
baş verən dəyişikliklər nəticəsində Azərbaycanda da yeni
konstitusiyanın qəbul olunması məcburi hala çevrildi. Yeni
konstitusiya layihəsində isə Azərbaycan SSR-nin dövlət dili
ilə bağlı heç bir maddə öz əksini tapmamışdır. Sadəcə,
layihədə göstərilirdi ki, Sovet Azərbaycanının qanunları,
fərmanları və qərarları Azərbaycan, rus və erməni dillərində
elan olunur [41, 10]. Fikrimizcə, konstitusiya layihəsinə Sovet
|