MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə295/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   291   292   293   294   295   296   297   298   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

278 



278 

İlk baxışda, belə nəticə çıxarmaq olar ki, 1937-ci ildə 

qəbul  edilmiş  konstitusiyaya  az  sonra  dövlət  dili  kimi 

«Azərbaycan dili» maddəsi əlavə olunmuşdur. Ancaq bu bir o 

qədər də inandırıcı deyil. Çünki 1947-ci ildə və 1954-cü ildə 

müəyyən  dəyişikliklər  və  əlavələrlə  nəşr  olunan  Azərbaycan 

SSR  Konstitusiyasında  Azərbaycan  dilinin  dövlət  dili  olması 

ilə  bağlı  heç  bir  maddə  öz  əksini  tapmamışdır  [41

a

,  41


b

]. 


Şübhəsiz,  belə  bir  mühüm  dəyişiklik  baş  versəydi,  hökmən 

konstitusiyada  öz  əksini  tapardı.  Görünür,  1961-ci  ildə  nəşr 

olunan kitabda 1937-ci  il  Konstitusiyasına  «Azərbaycan dili» 

maddəsinin  salınmasına  səbəb  1956-cı  ildə  Azərbaycan  SSR 

konstitusiyasında baş verən dəyişikliklər və əlavələr olmuşdur 

[41


c

, 29]. «Azərbaycan tarixi»nin 7-ci cildində yazılır: «1956-

cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş 

Konstitusiyaya  respublikada  dövlət  dilinin  Azərbaycan  dili 

olması barədə maddə əlavə etdi» [46, 140]. Cəmil Həsənli də 

yazır ki, yalnız Stalinin ölümündən (1953) və M.C.Bağırovun 

Sovet  Azərbaycanının  rəhbərliyindən  uzaqlaşdırılmasından 

(1954)  sonra  Azərbaycan  rəhbərləri  və  ziyalıları  tərəfindən 

«Azərbaycan dili»nin dövlət dili kimi hüquqi statusu məsələsi 

gündəmə  gətirilmiş,  bu  vaxta  qədər  isə  SSRİ-nin  tərkibinə 

daxil olan respublikalardan yalnız Ermənistan və Gürcüstanın 

konstitusiyalarında  dövlət  dili  ilə  bağlı  xüsusi  maddə 

olmuşdur [103, 143]. Onun qeydinə görə, həmin dövrdə milli 

dilə  qarşı  yönəlmiş  assimilyasiyaya  etiraz  olaraq  AKP  MK-

nin  birinci  katibi  İ.Mustafayev  və  Ali  Sovetin  sədri  M.İbra-

himovun  təşəbbüsü  ilə  Azərbaycan  dilinin  rəsmi  dövlət  dili 

statusunun  təmin  olunması  ilə  bağlı  mətbuatda  açıq  müzakirə 

keçirilmişdi.  Bu  müzakirələrdən  sonra  Azərbaycan  SSR 

Konstitusiyasına Azərbaycanın dövlət dilinin «Azərbaycan dili» 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin