MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə303/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   299   300   301   302   303   304   305   306   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

286 



286 

marksist-leninçi  Ruhulla Axundov da hesab edirdi ki, ideoloji 

sahədə  zəif  cəhətlərdən  biri  din  əleyhinə  təbliğatın  yaxşı 

aparılmaması və İslamın tam ifşa olunmamasıdır. Ona görə, bu 

cəhətdən din əleyhinə  Azərbaycanda fəlsəfə  sahəsində isə  daha 

çox  iş  görülə  bilər:    «Məgər  bizim  üçün  eyib  deyilmi  ki,  bu 

vaxtadək biz islam dinini ifşa etmək üçün heç bir iş görməmişik 

və  ümumiyyətlə dünya  ədəbiyyatında bu məsələyə dair  heç  bir 

şey  görünmür»  [20,  181].  R.Axundova  görə,  Azərbaycan 

ədəbiyyatında İslam dini barəsində yalnız bir neçə başdansovdu 

yazı vardır ki, bununla kifayətlənmək olmaz: «Odur ki, bizim ən 

birinci vəzifəmiz nəzəri cəbhədə amansız mübarizə aparmaqdan 

ibarətdir.  Bu  vəzifə  xüsusilə  Azərbaycan  kommunistlərinin 

üzərinə  düşür.  Onlar  İslam  dinini  lap  tarixi  rüşeymindən,  lap 

təməlindən  ifşa  etməlidirlər,  misli  görünməmiş  bir  şəkildə  ifşa 

etməlidirlər» [20, 181].  

1920-1940-cu illərdə fəlsəfədə idealizm, o cümlədən din 

məsələsinə 

marksizm 

fəlsəfəsi, 

dialektik 

materializm 

mövqeyindən  yanaşan  ziyalılar  C.Nağıyev,  M.Hüseynov, 

Ə.Kazımov,  M.Quliyev,  Q.Musabəyov  və  başqaları  da 

S.Ağamalıoğlu, R.Axundov kimi, idealizmin tərkib hissəsi kimi 

gördükləri İslam dinini tənqid etmişlər [256, 14]. 

Bu  dövrdə  sırf  marksizm-leninzm  fəlsəfəsi  ilə  məşğul 

olan  partiya  və  dövlət  xadimləri  ilə  yanaşı,  bir  sıra  tanınmış 

Azərbaycan mütəfəkkirləri də İslama münasibətdə radikallığı ilə 

fərqlənmişlər.  Məsələn,  hələ,  çar  Rusiyası  dövründə  İslama 

münasibətdə  müəyyən  qədər  ifratçılığı  ilə  seçilən  Cəlil  Məm-

mədquluzadə  etiraf  edirdi  ki,  «Molla  Nəsrəddin»  ilk  gündən 

qarşısına  əsas  məqsəd  kimi  yalnız  dini  mövhumatın,  dini 

xurafatın  deyil,  bütövlükdə  «din,  məzhəb,  şəriət,  etiqad,  iman, 

cənnət, cəhənnəm, müctəhid, molla, keşiş, xaxam, mürid, habelə 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin