www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
284
284
Bu fikirlərinə görə, onu İslam dininin müdafiəçisi kimi
qələmə verənlərə cavab olaraq Nərimanov qeyd edirdi ki, ilk
dəfə «Bahadır və Sona» romanında 20 il bundan əvvəl kilsənin
dövlətdən ayrılması barədə yazmış, millətlərin məhv edilməsini
və erməni Sonanın türk Bahadırla bir canda qovuşmasını təbliğ
etmişdir [168, 429]. Bununla da, Nərimanov demək istəmişdir
ki, «dinə qarşı materialist kimi çıxış etmək bir şeydir, bu
mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə
tətbiq etmək başqa şey» [168, 448]. Bu baxımdan fəlsəfə elmləri
doktoru Arzu Hacıyeva doğru qeyd edir ki, N.Nərimanovun dinə
baxışı bir çox materialist filosoflardan fərqli olmuşdur: «Nərman
Nərimanov bir çox başqa materialist filosoflar kimi dini
qətiyyətlə inkar və rədd etmir, ona tarixin müəyyən mərhələsində
yaranaraq insanların həyatında müsbət rol oynamış və hələ də öz
təsir qüvvəsini saxlamış baxışlar sistemi kimi baxır» [94, 160].
Deməli, N.Nərimanov din məsələsinə materialist kimi
yanaşsa da, bu problemin zorla və dərhal deyil, dinc yolla və
təkamüllə həll olunmasının tərəfdarı olmuşdu. Ancaq
ümumilikdə Nərimanov dinin, o cümlədən İslam dininin
müəyyən bir mərhələdə aradan qalxacağaına inanırdı. Onun bu
mövqeyini müdafiə edən S.M.Əfəndiyev də yazırdı ki,
Azərbaycanda dinə qarşı mübarizə işləri çox zaman mədəni-
maarif yolu ilə deyil, inzibati yollar ilə aparılmışdır: «Din
əleyhinə mübarizə işlərini düşünülmüş və sağlam yollar ilə
aparmaq əvəzinə, bu iş məscidləri almaqdan ibarət olmuşdur»
[76, 167]. O hesab edirdi ki, mədəni gerilik dini fanatizmə qarşı
mübarizədə bir əngəldir. Ona görə də, dinə qarşı mübarizəni
dünyəvi elmləri öyrənmək, mədəni səviyyəni yüksəltmək yolu
ilə aparmaq lazımdır [76, 71]. Ancaq Nərimanovla müqayisədə
|