www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
277
Azərbaycanının dövlət dili ilə bağlı ayrıca maddənin
salınmamasına əsas səbəb SSRİ rəhbərliyinin Azərbaycan
türklərinin etnik mənşəyinə və dilinə qarşı dəyişən münasibəti
mühüm rol oynamışdı. SSRİ ideoloqları Sovet Azərbaycanını
artıq bir türk dövləti kimi görmək istəmir, bu mənada onun
əhalisinin və dilinin türk adlandırılmasına qarşı çıxırdı. Bunu
nəticəsi olaraq, Azərbaycanda yeni konstitusiya layihəsini
hazırlayanlar cəsarət edib milli dillin statusu, eləcə də milli
bayraqla bağlı heç bir maddə salmamışdılar.
Ancaq Azərbaycan SSR qanunları, Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyəti fərmanları və Azərbaycan SSR
hökuməti qərarlarının xronoloji külliyyatının 1961-ci ildə nəşr
olunan
2-ci
cildində 1937-ci ilin martında 14-də
ÜmumAzərbaycan Fövqalədə 9-cu Sovetlər qurultayının
qərarı ilə qəbul edilmiş yeni konstitusiyada Sovet
Azərbaycanının dövlət dilinin Azərbaycan dili olması ilə bağlı
151-ci maddə də öz əksini tapmışdır: «Azərbaycan SSR-nin
dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində
yaşayıb azlıq təşkil edən millətlərə, həm öz mədəniyyət
idarələrində, həm də dövlət idarələrində ana dilini inkişaf
etdirmək və işlətmək hüququ təmin edilir» [40, 42].
Maraqlıdır ki, akademik Ziya Bünyadovun «Qırmızı terror»
kitabında 1948-ci ildə həbs olunan antisovet, millətçi
«İldırım» təşkilatının üzvlərindən İsmixan Rəhimova aid
istintaq ifadəsində, onun tərəfindən dövlət dilinin Azərbaycan
dili olması ilə bağlı mülahizə səslənmişdir: «Baxmayaraq ki,
bizim
indiki
Azərbaycan
Sovet
Respublikasının
Konstitusiyasında azəri dilinin dövlət dili olduğu qeyd
olunmuşdur, əsl həqiqətdə bütün idarələrdə rəsmi dil rus
dilidir» [54, 310].
|