MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə302/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   298   299   300   301   302   303   304   305   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

285 


S.M.Əfəndiyev  İslam  dini  ilə  mübarizədə  radikalizmə  də  meyil 

göstərmişdir. 

Ancaq  həmin  dövrdə  bir  çox  yerli  bolşeviklər 

(S.Ağamalıoğlu,  R.Axundov  və  b.)  İslam  dininə  münasibətdə 



radikal  mövqeyi  ilə  seçilmişlər.  Hətta,  onlar  Quranla, 

Məhəmməd  peyğəmbərin  (s)  dünyagörüşü  ilə  birbaşa  tanış 

olmadan,  eləcə  də  bu  dinə  aid  ayin  və  mərasimlərin  əsil 

mahiyyətini  öyrənmədən  kor-koranə  şəkildə  İslam  dininə  qarşı 

çıxmışlar.  Bu  yolu  tutanlar  başa  düşmür,  yaxud  da  düşmək 

istəmirdilər ki, bu və ya digər ayin və mərasimlə bağlı yaranmış 

mövhumatın,  xurafatın  İslam  dininə  və  onun  Peyğəmbərinə  (s) 

heç  bir  aidiyyəti  yoxdur.  Məhz  İslamın  əsil  mahiyyətini  dərk 

etmədikləri,  eləcə  də  marksist-leninçi  təlimə  sadiq  olduqlarını 

sübut  etmək  üçün  1923-cü  ildə  «Materialistlər  klubu»nda  bir 

araya  gələn  S.Ağamalıoğlu,  R.Axundov,  S.M.Əfəndiyev, 

Ə.Qarayev və bu kimi bolşeviklər namaz qılmaq, həccə getmək 

və  İslamın  digər  ayinlərini  zəhmətkeş  xalqın  fiziki  və  mənəvi 

inkişafına yabançı olduğunu iddia edirdilər. Onlar xalq arasında 

elmi  kommunizmi,  elmi  ateizmi  təbliğ  edərək  yalnız  dini 

mövhumata  və  xurafata  deyil,  bütövlükdə  İslam  dininə  qarşı 

çıxırdılar  [256,  8].  Məsələn,  Səmədağa  Ağamalıoğlu  hesab 

edirdi  ki,  bütün  dinlər,  o  cümlədən  İslam  ruhanilərin  iddia 

etdikləri kimi, nə insan təbiətinə xas olan fitri xüsusiyyət, nə də 

Allahın insanlara bəxş etdiyi bir hadisədir. Dünyanın ikiliyi, yəni 

bu  dünya  və  o  dünya  (axirət)  ideyasını  rədd  edən 

Ağamalıoğlunun fikrincə, din üstə ölənlərin cənnətə getmələrinə 

heç bir ümid yoxdur və cənnətin özü də yoxdur [166, 48]. Onun 

fikrincə, ictimai-tarixi hadisə olan İslam dini Allahın göndərdiyi 

din  kimi  deyil,  ərəb  əyanlarının  və  tacirlər  təbəqəsinin  sinfi 

ideologiyası  kimi  yaranmışdır  [166,  46].  Başqa  bir  yerli 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin