www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
293
növbədə islamçılıq və türkçülüyün məhvinə yönəlmişdi. Sovet
ideoloqları hər cür dini və milli ideyanı beynəlmiləlçiliyə və
rus kommunizminə zidd hesab edirdilər.
Xüsusilə, 1970-1980-ci illərdə milli oyanış hərəkatının
yeni bir mərhələyə daxil olduğunu görən sovet ideoloqları bu
prosesdə Azərbaycan türklərinin Türkiyə türklərindən dəstək
almasından ehtiyat edirdilər. Onların ən çox qorxduğu eyni
mədəniyyəti, dini və milli kimliyi paylaşan hər iki türk
millətinin bir-birinə yaxınlaşması idi. Bu baxımdan
Azərbaycan xalqını Türkiyə türklərindən ayıran müəlliflərdən
Q.Qasımzadə hesab edirdi ki, hər bir fərdin, insanın mənəvi
aləmi dövlətin, cəmiyyətin inikasıdır: «Deməli, iki millətin
eyni sinfinə məxsus bəzi psixoloji əlamətlərin ümumiliyini
əsas götürüb bunları fərqləndirən əsas cəhətləri, həmçinin eyni
millətin zidd sinifləri nümayəndələrini birləşdirən mənəvi
xüsusiyyətləri inkar etmək həqiqətdən uzaqlaşmaqdır» [132,
21]. Beləliklə, Qasımzadə də bir tərəfdən, Azərbaycan xalqını
Türkiyə türklərindən ayrı bir müstəqil millət kimi qələmə verir
və onun özünəməxsus etnik mənsubiyyətinin, milli
özünəməxsusuluğunun, milli şüurunun olmasını iddia edir
[132, 27], digər tərəfdən isə, bu milli keyfiyyətlərin –
milliliyin sovet beynəlmiləlçiliyinə zidd olmadığını, onu
tamamladığını bildirir [132, 28].
Sovet
beynəlmiləlçiliyinin
millilik
üzərində
qələbəsinə, yəni SSRİ-nin tərkibinə zorla daxil edilmiş ayrı-
ayrı respublikaların xalqlarının milli mədəniyyətlərinin məhv
olunması təhlükəsinə gəlincə, Qasımzadə hesab edirdi ki, bu
burjua ideoloqlarının ortaya atdığı yanlış bir nəzəriyyədir.
Onun fikrincə, rus mədəniyyətinin milli mədəniyyətləri, o
cümlədən milli dilləri məhv etməsi ilə bağlı səsələnən
|