www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
294
294
müddəaların heç bir əsası yoxdur: «Hər bir millətin
mədəniyyətinə onun tarixi inkişafının xüsusiyyətlərini, milli
özünüdərkini, məişətini, xarakterini, coğrafi mühitini ifadə
edən məxsusi milli əlamət və ənənələr daxildir. V.İ.Lenin
qeyd etdiyi kimi, ümumən heç bir «beynəlmiləl mədəniyyət
milliyyətsiz deyildir». Bunları nəzərə almadan milli
mədəniyyətin istiqamətini, onun beynəlmiləl keyfiyyətlərini
düzgün müəyyənləşdirmək olmaz» [132, 33-34]. Bunu gözə
alaraq sovet ideoloqları Azərbaycan xalqı arasında təbliğat
aparırdılar ki, tarixən ayrı-ayrı ictimai-siyasi və ərazi
şəraitində yaşayan kütlələri bir millətdən saymaq olmaz. Bu
baxımdan guya, Türkiyə türkləri ilə onun sərhədindən
kənardakı türklər (azərbaycanlılar, türkmənlər və b.) arasında
nə milli siyasi, nə də dini-mədəni bağ qalmışdır. Belə ki, yüz
illərdən bəri bambaşqa tarixi inkişaf nəticəsində Türkiyədən
kənarda qalan türklər, Türkiyə türklüyündən qoparaq başqa
ölkələrin, başqa quruluşların fərdləri olmuşlar. Ona görə də,
Türkiyədən kənardakı Azərbaycan, Orta Asiya və başqa
türklərlə əlaqə yaratmaq lazım gəlmir.
Şübhəsiz, bu cür Rus-Avropa-Qərb yönlü ideologiyaya
qarşı mübarizə aparmaq dünən olduğu kimi bu gün də
çətindir. Çünki bu antitürk, antislam ideologiya İslam-Türk
dünyasında geniş yayılmış, bir çox ziyalıların şüuruna hakim
kəsilmişdir. Hazırda Rus-Avropa-Qərb yönlü ideologiya
postsovet məkanındakı Azərbaycan, Türküstan, Tatarıstan
türklərinə bir, Türkiyə türklərinə başqa, Uyğur və İran
türklərinə isə digər şəkildə təsir göstərməkdə davam edir. Bu
mənada, türk aydınlarının başlıca məqsədi bu antitürk,
antislam ideologiyadan qurtulmaq və milli-demokratik əsaslı
məfkurəyə üz tutmaq olmalıdır.
|