MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə307/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   303   304   305   306   307   308   309   310   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

290 



290 

bu  dövrdə  akademik  F.Q.Köçərli  bir  çox  çağdaşları  kimi,  heç 

bir ciddi arqument gətirmədən iddia edirdi ki, din bir-birini əvəz 

edən  bütün  istismarçı  quruluşların  «ədalətli»,  «əbədi», 

«sarsılmaz»  və  s.  olduğunu  elan  etmiş,  hakim  siniflərin  əlində 

zülm  silahı  olmuşdur  [123,  24].  Ümumiyyətlə,  Köçərli  dinə,  o 

cümlədən  İslama  münasibətdə  belə  bir  nəticəyə  gəlir  ki,  din 

zəhmətkeşləri  hər  cür  zülmə  dözməyə,  istismarçılara  qarşı 

mübarizə  aparmamağa  çağırırdı  [123,  40].  Eyni  zamanda, 

akademik  yalnız  İslamı və din xadimlərini deyil, milli ideyanın 

daşıyıcları  olan  milli  mütəfəkkirləri  də  tənqid  edir  və  sübut 

etməyə  çalışırdı  ki,  20-ci  əsrin  əvvəllərində  Azərbaycanda  əsas 

ideya  marksizm-leninizm  olmuşdur  [122,  13].  Bu  baxımdan  o, 

mühacirətdə Azərbaycan milli ideyasını təbliğ edən M.Ə.Rəsul-

zadə, Ə.Cəfəroğlu və başqalarına cavab olaraq yazırdı ki, hazırda 

da  Sovet  Azərbaycanında  türkçülük  və  islamçılıq  deyil,  əsas 

ideya xətti marksizm-leninizmdir: «Aydındır ki, M.Ə.Rəsulzadə, 

Ə.Cəfəroğlu  kimi  burjua  ieoloqlarından  Azərbaycan  ictimai 

fikrinin  obyektiv  şərhini  gözləmək  son  dərəcə  sadəlövhlük 

olardı.  Onların  konsepsiyası  tarixi  faktların  təhrifinə  əsaslanan 

millətçilik demaqoqiyasından başqa bir şey deyildir» [122, 30]. 

Xüsusilə, Köçərli Rəsulzadənin hazırkı şərtlər içərsində islamın 

kommunizmə  əngəllər  törətməsini  müsbət  dəyərləndirməsinə 

qarşı  çıxırdı.  Onun  fikrincə,  bütün  bunlara  baxmayaraq, 

Azərbaycan  xalqı  yarım  əsrdən  artıqdır  ki,  SSRİ  xalqları 

ailəsində kommunizm quruculuğu yolu ilə inamla irəliləyir [122, 

32].  Çünki  Azərbaycan  xalqı  öz  nicatını  islamçılıqda  və 

türkçülükdə  deyil,  marksizm-leninizmdə  tapmışdı.  Guya, 

«panislamizm»  və  «pantürkizm»  mülkədarların,  ruhanilərin  və 

başqa  mütrəce  qüvvələrin  cərəyanları  olduğu  halda,  marksizm-





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin