www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
310
310
bir-birindən fərqləndirməsi başa düşüləndir. Çünki Rəsulza-
dənin fikrincə, Qərbdəki şovinizm-nasionalizm siyasi
saldırıcı, sosial tutucu ideologiya olduğu halda, Şərqdəki
millətçilik isə siyasi qoruyucu, sosial yenilikçi olaydır [179,
42]. Başqa sözlə, ilk dövrlərdə romantik vahid Turan birliyinə
qapılan türkçülər, artıq türk irqindən ayrı-ayrı millətlərin və
onların da öz müstəqil dövlətlərinin yaranmasına inanırlar.
Rəsulzadə yazır: «Daha romantik, siyasi panturanizm yoxdur,
ancaq ulus istəklərini güdən türkçülük vardır… Türk ellərinin
özünüanlaması, irq ideologiyasından ulus ideologiyasına
keçir, bu da saldırıcılığı ideoloji-qurama baxımından da
aradan qaldırır» [179, 62].
M.B.Məmmədzadə isə «Milli Azərbaycan hərəkatı»
(1938) əsərində Azərbaycan türkçülüyü ideyasının yaranması
və təkamülü ilə yanaşı, mühacirət dövründə türkçülük və
turançılığın türk xalqları üçün hansı: siyasi, yoxsa mədəni
birlik mənası daşıması ilə bağlı mövcud olan fikirləri
dəyərləndirməyə və bu məsələdə tutduğu mövqeyi ifadə
etməyə çalışmışdı. O yazırdı ki, hələ çar Rusiyasının
dağılması ərəfəsində türkçulər və turançılar vahid türk
dövlətinin qurulması istəyində bulunsalar da, bunun imkansız
olduğunu anlamışdılar: «Rusiyanın xarabalıqları üzərində
vahid deyil, ayrı-ayrı türk dövlətləri qurulur və yaxud
qurulmaq istənir. Dünya türklərinin geopolitik vəziyyəti,
coğrafi vəziyyət etibarilə dağınıq və bir-birilərindən uzaq
olmaları, onları ayrı-ayrı dövlətlər qurmağa sövq etmişdi.
Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu
milli dövlət prinsipini dilə gətirərkən bir gün bu dövlətlərin
federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün»
uzaq, bu gün isə yaxın idi. Türk dünyasının geopolitik
|