www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
313
göstərənliyi ilə bütün azərbaycanlıların biricik siyasi
təşəkkülüdür» [154, 209].
Mirzə Balanın fikrincə, istiqlal və milli dövlət ən yük-
sək, ən qüdsi və ən insani bir məfkurəni milli sərhədlər
daxilində gerçəkləşdirmək üçün bir vasitədir: «Zatən siyasi
türkçülük, milli dövlət qurmaq hərəkatı milli varlığı qorumaq
əndişəsindən və mədəni millətçiliyi gerçəkləşdirə bilmək
arzusundan doğmamışdırmı? Müstəqil və azad bir milli
dövlət həyatı türk mədəni birliyini tətbiq etməkdən və
gerçəkləşdirə bilməkdən əlavə millətin fərdlərini səadətə və
rifaha qovuşdurmaq, ictimai bir ədalət və bərabərlik qura
bilmək üçün də lazımdır» [154, 211]. Beləliklə, o, belə bir
doğru nəticəyə gəlir ki, «Müsavat» partiyasının liderliyi ilə
Azərbaycan xalqı ümmətçilikdən-islamçılıqdan türkçülüyə,
ümumi türkçülükdən Azərbaycan türkçülüyünə-Azərbaycan
milli dövlətçiliyinə doğru böyük bir yol keçmişdir: «Əgər o
(«Müsavat»-F.Ə.), «islamçılıq» dövründən «ümumi türkçülü-
yə», oradan da türk kültür birliyinə əsaslanan «Azərbaycan
milli dövlətçiliyinə» keçməmiş olsaydı, yerini başqa ifrat və
qeyri-milli firqələrə verəcəkdi» [154, 234].
Dostları ilə paylaş: |