MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə358/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   354   355   356   357   358   359   360   361   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

339 


mənimsəyərək,  insanlıq  mədəniyyətini  də  yaşatmağa  əzm 

etmiş  olan  Hürr  Millətlərin  bu  dərin  iman  və  sarsılmaz 

iradələri  qarşısında  tez-gec  yıxılacağından  əsla  şübhə 

edilməməlidir» [240

a

]. 


Azərbaycan  milli  ideyasının  gerçəkləşməsi  üçün 

əlindən gələni edən, bu baxımdan yaradıcılığında Azərbaycan 

istiqlal  davası  tarixinə  və  Azərbaycan  türk  mədəniyyətinə 

mühüm  yer  ayıran  Hüseyn  Baykara  (1904-1984)  olmuşdur. 

Azərbaycanın  milli  azadlıq  hərəkatına  yaradıcılığında  xüsusi 

yer  verən  H.Baykara  yazırdı  ki,  ona  aid  «Azərbaycan 

mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal mübarizəsi tarixi» 

kitabları  Azərbaycanın  azadlıq  mübarizəsinin  əlifbasıdır  [52, 

7].  

Mühacir  ziyalılarımızdan  Nağı  Şeyxzamanlının 



fikrincə də, hər bir Azərbaycan türkünün ürəyi  iki  müqəddəs 

varlıq  ilə  doludur:  «Birisi  din  duyğusu,  digəri  milli  duyğu. 

Azərilər  bu  iki  müqəddəs  varlıqlarını  sevimli  milli 

bayraqlarında  da  əks  etdirmişdilər.  Azərbaycan  bayrağı 

üçrənglidir: yaşıl rəng islamiyyəti təmsil edir. Qırmızı rəng və 

ay-ulduz müasirçiliyi təmsil edir. Üçüncü rəngi olan mavi isə 

soyunu  təmsil  edir.  Hər  bir  azərinin  fikri  istiqlal  duyğusu  ilə 

doludur»  [206,  103]. Şeyxzamanlı  «Dərdləşmə»  məqaləsində 

yazırdı ki, bəzi mühacirlər Azərbaycan Milli İdeyası uğrunda 

aparılan  mübarizəni  doğru  qiymətləndirə  bilmirlər.  Belə  ki, 

indiyə  qədər  Sovet  Rusiyasına  qarşı  aparılan  Milli  Azadlıq 

Mübarizəsinin  rolunu  və  yerini  aşağı  endirirlər.  Halbuki 

Azərbaycan mühacirləri Vətəndən ayrı düşdükləri ilk günlərdən 

etibarən  daima  Azərbaycanın  azadlığı  uğrunda  mübarizə 

aparmışlar.  Doğrudur,  ilk  illərdə  Azərbaycan  mühacirləri 

arasında  parakəndəlik  olmuş  və  bir  yerdə  mübarizə  aparmaqda 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin