www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
342
342
fəlsəfəmizi saxtalaşdırılmasını ifşa etməyə çalışmışlar. Belə ki,
xüsusilə 1950-ci illərdən sonra SSRİ ideoloqları bütün sahələrdə
(tarix, fəlsəfə, mədəniyyət, ədəbiyyat və s.) Azərbaycan xalqının
milli-mənəvi dəyərlərini saxtalaşdırır və ona kosmopolit bir ruh
verməyə çalışırdı. Bu məqsədlə SSRİ ideoloqları klassik
Azərbaycan mütəfəkkirlərinin əsərlərinin mahiyyətini dəyişdirir,
yaxud da onun məzmunu kommunizmə uyğunlaşdırmağa
çalışırdılar. Bunun nəticəsində də yeni Azərbaycan nəsli nəinki
keçmiş adət-ənənələrini, hətta yaxın tarixini belə «sovet
beynəlmiləlçiliyi» prinsiplərindən kənarda öyrənə bilmirdi.
Bütün bunları Azərbaycandan kənarda izləyən mühacir
mütəfəkkirlərimiz bacardıqları qədər bir tərəfdən «sovet
beynəlmiləlçiliyi»nin iç üzünü açıb göstərməyə çalışır, digər
tərəfdən isə Azərbaycan mədəniyyətini və fəlsəfəsini obyektiv
şəkildə dünya ictimaiyyətnin nəzərinə çatdırmağa çalışırıdlar. Bu
baxımdan mühacir mütəfəkkirlərimizin Dədə Qorqud, Nizami
Gəncəvi, Ə.Xaqani, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, A.A.Bakı-
xanov, M.F.Axundzadə, H.Zərdabi və başqa klassiklərimizə həsr
etdikləri saysız-hesabsız əsərləri onların dünyagörüşlərinin doğru
şəkildə cəmiyyətə çatdırılmasında mühüm rol oynamışdır.
Şübhəsiz, bu məsələlər arasında klassik mütəfəkkir-
lərimizin İslam dininə münasibəti xüsusi yer tutmuşdur. Çünki
SSRİ dövründə ən çox təhrif uğrayan sahələrdən biri də İslam
dini və onunla bağlı dini ayin və mərasimlər olmuşdur.
Azərbaycanın mühacir mütəfəkkirləri öz əsərlərində SSRİ
ideoloqlarının İslam dininə qarşı apardıqları səlib yürüşün
mahiyyətini açıb göstərməklə yanaşı, müsəlmanlığın Azərbay-
can türklərinin həyatında oynadığı müsbət rolu da ifadə
etmişlər. Onlar göstərirdilər ki, İslam dini Azərbaycan
|