MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə359/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   355   356   357   358   359   360   361   362   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

340 



340 

çətinlik  çəkmişlər.  Ancaq  bu  çox  uzun  sürməmiş, 

M.Ə.Rəsulzadənin  Rusiyanı  gizli  yollarla  tərk  edərək  İstanbula 

gəlməsi  ilə  vəziyyət  yaxşılığa  doğru  dəyişmişdir.  Şeyxzamanlı 

yazırdı:  «Azərbaycan  istiqlal  mübarizəsinin  böyük  lideri 

Məhəmməd  Əmin  Rəsulzadənin  İstanbula  gəlişi  yurddaşlarda 

böyük  bir  sevinc  yaratmışdır.  İlk  iş  olaraq  yurddaşlar  «Milli 

Komitə»  adı  altında  birləşərək  Əmin  bəyi  rəhbər  seçdilər. 

İllərdən  bəri  özünü  hiss  etdirən  boşluq  Milli  Komitənin  nəşr 

etdiyi «Yeni Qafqasiya» məcmuəsi və bunun ardınca çıxan digər 

mətbuat  orqanları  tərəfindən  doldurulmuş  oldu»  [206

a

,  170]. 



Şeyxzamanlının  fikrincə,  Rəsulzadənin  mühacirlər  arasında 

yaratdığı  birlik  və  bərabərlik  hazırda  da  davam  etməkdədir. 

Çünki  Rəsulzadə  Azərbaycanın  bir  gün  Milli  İstiqlala 

qovuşacağı inamını həmin nəşrlərdə yazdığı məqalələrdə onlara 

aşılıya bilmişdir: «Azərbaycan Milli Mübarizəsinin böyük lideri 

mərhum  Məhəmməd  Əmin  Rəsulzadənin  qurduğu  bu  nəşr 

sistemi günümüzə qədər davam etməkdədir» [206

a

, 174]. 



Mühacir  ziyalılardan  Cəmil  Ünal  artıq  1980-ci  illərin 

sonlarına  doğru  Azərbaycan  türklərinin  Milli  İstiqlala  qovuş-

acağına tamamilə inanırdı. O, 1990-cı ildə qələmə aldığı «Yeni-

dən doğuş» məqaləsində yazırdı ki, Azərbaycan Türk millətinin 

tək dayanağı Allaha təslimiyyət və Türklük şüurudur:  «Hər kəs 

hürriyyət istəyir, istiqlal deyə hayqırır. İnsanca yaşamanın özlə-

mini çəkən milyonlarca insan marksizmin, leninizmin, kommun-

izmin  çöküşünü  hayqırmaq  istəyir.  Basqı  rejimi  altındakı 

millətlər,  öz  kimliklərinə  yenidən  qovuşmaq  istəyir.  Türkülük 

aləmi içərisində Azərbaycan olayların mərkəzi halına gəlmişdir» 

[249

a

]. 



Mühacirətdə  olan  Azərbaycan  türk  mütəfəkkirlərinin 

fəlsəfi  irsinin  əsas  cəhətlərini  ümumiləşdirərək,  belə  qənaətə 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin