MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə424/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   420   421   422   423   424   425   426   427   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

400 



400 

tarix  yazmağa  vaxtları  olmaması  deyil,  yazdıqları  və 

yaratdıqları mədəni və tarixi abidələri qoruya bilməməsidir. 

Bu  mənada,  türklərə  ulu  əcdadlarının  yazdıqları  və 

yaratdıqları  abidələrin  başqalarının  vasitəsilə  çatdırılmasının 

«kəşf» və «yenilik» mahiyyyəti daşıması təsadüfi olmamışdır. 

Bunu,  «tarixi  zəfərlərə  başımız  qarışdığı  üçün  yazmağa 

vaxtımız  olmadı»  deyərək,  özünə  təsəlli  verən  türklər  yalnız 

sonralar  anlayacaqdır  (ancaq  hələ  də,  anlamayanlar  var)  ki, 

yad millətlərin türk mədəniyyəti və tarixi  ilə bağlı  «kəşf»ləri 

onların xeyrindən çox zərərinə işləmişdir. İlk dövrlərdə bunu, 

anlamayan türklər Avropa alimlərinin (Radlov, Vamberi, Marr 

və b.) türk mədəniyyəti və türk tarixi ilə bağlı araşdırmalarını 

maraqla qarşılamış, indinin özündə də bir çox müəlliflərin də 

yazdığı kimi, özlərini yenidən «kəşf» etmişlər.  

Maraqlıdır  ki,  19-cu  yüzildən  etibarən  türklər  özlərini 

Avropa  alimlərinin  sayəsində  «kəşf»  edir,  bununla  da  üzünü 

milli yaddaşın bərpasından çox müasirləşmək adı altında Qərb 

mədəniyyətinə  tuturdu.  Fikrimizcə,  bu  çox  ziddiyyətli  haldır. 

Əgər  türklər  doğrudan  da  Avropa  alimlərinin  sayəsində 

özlərini  yenidən  kəşf  etdilərsə,  bəs  nədən  Avropa  alimlər 

sayəsində  «kəşf»  edilmiş  mədəniyyətlərinə  sahib  çıxmaq 

əvəzinə  daha  çox  avropalaşmaqla  uğraşdılar  və  hazırda  da 

uğraşmaqda davam edirlər. Bizcə,  burada başlıca məsələ türk 

mədəniyyəti və tarixi abidələrini kəşf edən Aropa alimlərinin 

və  ideoloqlarının  bu  ad  altında  türklərə  təsir  göstərə 

bilməsidir.  Belə  ki,  Avropa  ideoloqları  və  alimləri  türk 

mədəniyyətini  və  tarixi  abidələrini  avropasayağı  şəkildə 

türklərə  çatdırmaqla,  türk  milli  şüurunda  geçmişin 

bərpasından  çox,  qərbləşmək  şüurunu  təlqin  etməyə 

çalışmışlar.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin