www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
398
398
dərinləşdikcə törələr və adət-ənənələr get-gedə tamamilə
unudulur. Milli şüurun əsasın təşkil edən törələr unudulduqda
qan-nəsil birliyinin də mahiyyəti itir. Bir növ keçmişini görə
bilməyən, yalnız bu günü ilə yaşayan və sabahını başqaları
müəyyənləşdirən amorf bir topluma çevrilir. Burada keçmiş
dedikdə, milli yaddaşı – tarix şüurunu və törələri (adət-
ənənələri) bir yerdə nəzərdə tuturuq. Özgələşən, yaxud da
milli yaddaşından uzaqlaşdırılan millət üçün bunların heç bir
mənası yoxdur. Onun şüurunda yalnız bu gün var. Bu günlə
yaşamaq yalnız törələrə, adət-ənənələrə laqeydlik deyil, həm
də gələcəyi görə bilməməkdir. Bir növ, «praqmatist» olmaq
düşüncəsi altında başqalarının ovu olmaqdır.
Halbuki
ingilis-amerikan
praqmatizmi
mahiyyət
etibarilə bu günlə yaşamaqdan çox, bu günün problemlərini
zəmanənin tələblərinə uyğun şəkildə həll etməkdir. Ancaq
bunu «həyata bağlılıq» kimi dərk edən cəmiyyətlərin şüurunda
günün problemlərini zəmanənin tələblərinə uyğun şəkildə həll
etmək deyil, özünü taleyin axarına buraxmaqdır. Bu taleyin
axarı «Allaha təvəkkül» mənasında öz «təsbitini»
gücləndirməklə, «palaza bürün elnən sürün» kimi mahiyyət
alır. Artıq insan ətrafında baş verən proseslərə müstəqil
düşüncədən daha çox, başqaları necə mən də elə «prinsipi» ilə
yanaşır. Belə bir vəziyyətdə olan insan və həmin insanların
ümumiliyi olan cəmiyyət özünü dərk etməkdə çətinlik çəkir.
Özəlliklə, tarixi və mədəniyyət şüuru baxımından milli
yaddaşı dolaşdırılmış bir cəmiyyətdə insanların xeyli qismi
özünə özünün deyil, başqalarının, yad millətlərin gözü ilə
baxırlar. Bütün bunlar toplumda natamamlıq, yarımçıqlıq
kompleksi yaradır. Hətta, bəzən özgələşmə prosesi o dərəcəyə
gəlib çatır ki, başqa millətlərin aydınlarının onun tarixi,
|