MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə421/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   417   418   419   420   421   422   423   424   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

397 


Ancaq  bu  istisnalar  yeni  nəslin  milli  şüurunun  formalaş-

masında ciddi rol oynaya bilməz.  

Ümumiyyətlə, təhsil milli  şüurun formalaşmasında ən 

vacib vasitələrdən biri, bəlkə də birinicisdir. Çünki təhsil milli 

şüurun  formalaşmasında  bazis  rolunda  çıxış  edir.  Əgər  bir 

millətin təhsil bazisi yetərli deyilsə, yaxud da təhsil bazisində 

kifayət qədər bir-birinə zidd bilgilər varsa, o zaman üstqurum 

olan  milli  şüurun  formalaşması  prosesində  problemlər 

olacaqdır.  Başqa  sözlə,  təhsili  problemli  olan  bir  cəmiyyətin 

milli  şüur  səviyyəsinin  normal  səviyyədə  olması  mümkün 

deyildir.  Deməli,  milli  şüurun  formalaşması  poesində  təhsil 

bazisinə  xüsusilə  diqqət    yetirilməlidir.  Fikrimizcə,  milli 

şüurun  formalaşması  baxımından  isə  təhsil  bazisində  ilk 

növbədə, aşağıdakılar nəzərə alınmalıdır: 

1)

 

Tarixi şüur; 



2)

 

 Mədəniyyət şüuru. 



Bu mənada, hazırda milli şüurun formalaşmasında çox 

vacib  olan  milli  mədəniyyət  və  milli  tarix  şüurunun 

öyrənilməsinə  böyük  ehtiyac  var.  Hər  bir  millətin  varlığı  və 

gələcəyi  onun  tarixi  (dövlətçilik  ənənələri,  qəhrəmanların 

obrazı,  hökmdarların  şəxsiyyəti  və  s.  )  və  mədəniyyət  (adət-

ənənələr,  törələr,  alimlərin-şairlərin  elmi  və  ədəbi  əsərləri  və 

s.) şüurunun səviyyəsi ilə bağlıdır.  

Milli mədəniyyət dedikdə, bir millətə məxsus olan adət-

ənənələr,  milli  özünəməxsusluqlar,  milli  mentalitet  və  əxlaqi 

dəyərlərin  ümumiliyi  başa  düşülür.  Milli  mədəniyyətə  daxil 

olan bu faktorlar milli şüurun formalaşmasına bu və ya digər 

dərəcədə  təsir  göstərir.  Mədəniyyət  ilk  növbədə,  adət-

ənənələrlə, törələrlə bağlıdır. Hər hansı ulus-millət törələrdən, 

adət-ənənələrdən  uzaqlaşdıqca  özgələşir.  Bu  özgələşmə 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin