MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə433/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   429   430   431   432   433   434   435   436   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

408 



408 

da  olsa,  varlıqlarını  sürdürməsi  türklük  şüurunun  yaşaması 

yolunda mühüm amil idi. Hər halda, Sovetlər Birliyinin bütün 

basqılarına, 

repressiyalarına 

baxmayaraq 

imperiya 

tərkibindəki Türk cümhuriyyətlərinin, o cümlədən Azərbaycan 

Cümhuriyyətinin  milli  ruhlu  aydınları  Türk  mədəniyyəti  və 

Türk tarixi şüurunu bacardığı qədər yaşatmağa çalışdılar.  

Məsələn, H.Cavid «Səyavuş», «Topal Teymur», C.Cab-

barlı «Od gəlini», M.Rahim «Xaqani» əsərləri ilə milli mədə-

niyyəti  və  milli  tarixi  tərənnüm  etmişlər.  Doğrudur,  onlardan 

bəziləri  bu  əsərlərinə  daha  çox  «sosialist»  don  geyindirməyə 

çalışmışlar. Ancaq bütün hallarda bu, SSRİ dövründə də milli 

mədəniyyətin  və  milli  tarixin  yaşadılması,  yəni  milli  şüurun 

qorunması  demək  idi.  Eyni  mövqeni  H.Hüseynov  «XIX  əsr 

Azərbaycan  fəlsəfi  fikir  tarixindən»  əsərində  əks  etdirməyə 

çalışmışdır. Belə ki, sosialist prinsipləri əsasında Azərbaycan 

fəlsəfi  fikir  tarixinə  qələmə  alan  H.Hüseynov  tarixi 

obeyktivlikdən çıxış edərək milli mədəniyyəti və milli fəlsəfi 

şüuru  istər-istəməz  önə  çəkməli  olmuşdur.  Bu  isə,  sadiq  və 

inanılmış  kommunist  olmasına  baxmayaraq  H.Hüseynovun 

əleyhinə  yönəlmiş  və  o,  Rus-Avropa-Qərb  mədəniyyətindən 

kənara  çıxmasının  qurbanı  olmuşdu.  Çünki  bu  cür  əsərlər 

sovet 


ideoloqlarının 

fikrincə, 

«sosialist»-beynəlmiləl 

olmaqdan  çox  milli  mədəniyyət  və  milli  tarixə  aid  idilər. 

Onlar bu məsələ də müəyyən mənada haqlı idilər. 

SSRİ dövründə baş verən bu kimi  hadisələr də göstərir 

ki, sadiq kommunistlər belə, dərinə getdikdə milli mədəniyyət 

və milli tarixi şüurdan çıxış etməkdən başqa yol görməmişlər. 

Şübhəsiz, Rus-Avropa-Qərb mədəniyyətinə və ideologiyasına 

əsaslanan sovet ideoloqları üçün bu qəbul  edilməz idi. Onlar 

hesab edirdilər ki, sovet mədəniyyəti məhz Rus-Avropa-Qərb 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin