www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
411
təqdirdə, tarixlərin ruhunun və mahiyyətinin cızılmasında
insanların tapındıqları ideya və məsləklərinin təsiri
qaçılmazdır.
Bununla bağlı belə bir müqayisə aparmaq pis olmazdı
ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal etdikdən
sonra (1920-ci il, 27 aprel) kommunizmi təbliğ etmək
məcburiyyətə çevrilmişdi. Xüsusilə, əli qələm tutan və az-çox
istedadı olan hər bir kəsdən tələb olunurdu ki, sosializmi tərif
edən elmi və bədii əsərlər yazsınlar. Demək olar ki, 1920-
1930-cu illərdə hamı «rus kommunizmi»nin mahiyyətinə
uyğun olaraq «mədəni quruculuq» adı altında buna məcbur
edilirdi. S.Rüstəm, S.Vurğun, R.Rza, M.Rəfili və başqaları ilə
yanaşı, vaxtilə millətçi-türkçü, mövqeyi ilə tanınan H.Cavid,
Ə.Cavad, C.Cabarlı, Ü.Hacıbəyli kimi aydınlarımızdan bu
xüsusilə tələb olunurdu. Demək olar ki, milli və beynəlmiləlçi
ruhu daşımalarından asılı olmayaraq onların hamısı sosializmi
tərifləyən əsərlər də yazmışlar. Sadəcə, milli ruhlu aydınları-
mız, özəlliklə Cavid, Cavad, İldırım sosializmə həsr etdikləri
əsərlərində belə, bu və ya digər şəkildə milli ruhu yaşatmağa
çalışmışlar. Bu onların sözün həqiqi mənasında tapındıqları
ideya və məsləyin dəyişməməsinin ifadəsi idi. Adətən, o
kəslər əqidə və məsləklərini tez-tez dəyişirlər ki, onlar məslək
və əqidə ilə yaşayanlar deyil, zəmanə və mühitlə
uyğunlaşanlardır. Bu mənada, Cavid, Cavad, Cabbarlı
(fikrimizcə, Cabbarlının irsini sovet ideologiyası çox təhrif
etdiyi üçün ona daha çox «beynəlmiləl» don geyindirilmişdir),
İldırım kimi aydınlarımız məslək və əqidə sahibi idilər. Sovet
Rusiyası milli aydınlarımızın Vətənini işğal etsələr də, «Rus
kommunizmi» onların milli ruhunu və milli şüurunu işğal edə
bilməmişdi. Bu bir reallıq idi. Bu reallığı görən və milli
|