MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə439/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   435   436   437   438   439   440   441   442   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

414 



414 

Məhz  bunun  nəticəsidir  ki,  bu  gün  1930-cu  illərdə 

milli  şüurun  məcburən  «sovet  beynəlmiləlçiliyi»  ilə  əvəz 

olunmasını müsbət dəyərləndirənlər, hətta bu antimilli prosesi 

milli özünüdərk kimi dəyərləndirənlər də var. Məsələn, fəlsəfə 

elmləri doktoru Adil Əsədov yazır ki, 1930-cu illərə qədər biz 

özümüzü  heç  zaman  azərbaycanlı  adlandırmamışıq.  Bu 

dövrdən  başlayaraq  azərbaycanlı  adlandırılmağımızı  yeni 

gerçəkliyin  bir  ifadəsi  hesab  edən  A.Əsədov  bunu  milli 

özünüdərk (?!) kimi qiymətləndirir: “XX əsrin 30-cu illərinin 

siyasi  kontekstində  formalaşan  milli  özünüdərk  meyarları 

Cümhuriyyət  dövrünün  milli  özünüdərk  meyarlarından  təbbi 

ki  fərqli  idi”  [217

a

,  205].Hətta,  bu  tədqiqatçı  həmin  fərqi 



1930-cu 

illlərdəki 

“milli 

özünüdərk 

meyarları”nın 

Cümhuriyyət  dövrünün  milli  özünüdərk  meyarlarından  üstün 

olmasında  görür.  Onun  fikrincə,  bu  gün  Azərbaycan  xalqı 

üçün  vacib  olan  Cümhuriyyət  dövrünün  milli  özünüdərk 

meyarlarına  deyil,  1930-cu  illlərdəki  “milli  özünüdərk 

meyarları”na  (“azərbaycanlı”,  “Azərbaycan  dili”  və  s.)  sahib 

çıxmaq  və  yaşatmaqdır.  A.Əsədovun  öz  təbrincə  desək, 

“Azərbaycan  etnogenezinə Sovet dövlətinin verdiyi töhfələri 

qoruyub saxlamaqdır” [217

a

, 207].  



Şübhəsiz,  bütün  bunların  fonunda  AMEA  Tarix 

İnstitutunun  milli  ruhdan  və  milli  şüurdan  uzaq  7  cildlik 

«Azərbaycan  tarixi»,  AMEA  Fəlsəfə,  Sosiologiya  və  Hüquq 

İnstitutunun  ondan  çoxda  fərqlənməyən  çoxcildlik  «Azər-

baycan fəlsəfəsi tarixi» (yeri gəlmişkən, bu çoxcildliyin yalnız 

iki  cildi,  özü  də  rus  dilində  işıq  üzü  görmüşdür)  kitablarını 

ərsəyə  gətirməsi  nə  qədər  ağrılı  olsa  da,  bir  gerçəklikdir. 

Xüsusilə,  «Azərbaycan  tarixi»  və  «Azərbaycan  fəlsəfəsi 

tarixi» kitablarının əsasən milli ruhdan uzaq şəkildə yazılması 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   435   436   437   438   439   440   441   442   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin