www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
413
ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar
etməkdir. Bu baxımdan onlar SSRİ dövrünün ideyalarını elə
bir formada tənqid etməyə çalışdılar ki, müəyyən mənada
özlərini sığortalaya bilsinlər.
Bu mənada, təsadüfən yuxarıda göstərmədik ki,
Cavadlar, Cavidlər, İldırımlar Sovet Rusiyası işğalından sonra
məcburən sosializmə həsr etdikləri əsərlərində belə milli ruhu
yaşatmaqda davam etmişlər. Eyni hadisəni Azərbaycanın
müstəqilliyinin bərpasından sonra milli ədəbiyyata, milli
fəlsəfəyə, milli mədəniyyətə, milli tarixə həsr olunmuş elmi və
bədii əsərlərdə sovet ruhunu əks etdirənlər təkrarlayırlar.
Fikrimizcə, hazırda millilik pərdəsi adı altında sovet ruhunu
yaşadanlar da müəyyən mənada buna məcburdurlar.
Digər tərəfdən, Sovet dövründə formalaşmış alimlərin
əksəriyyəti vaxtilə tənqid etdikləri milli və dini dəyərlərə
münasibətdə də ehtiyatlı hərəkət etməyə başladılar. Belə ki, bu
məsələyə də daha çox milli maraqlara uyğun deyil, şəxsi
mənafələrini qorumaq naminə bir növ ikili standartlardan
yanaşdılar. Hətta, Sovet dövrünün bəzi ziyalıları SSRİ
dövründə yaşadığımıza görə keçmiş kommunistləri deyil,
milli mücadilədə şəhid və qazi olmuş Yusifbəyliləri,
Rəsulzadələri, Xoyskiləri, Cavadları, İldırımları və başqalarını
suçlama kampaniyası apardılar və aparırlar da. Fikrimizcə, bir
çox hallarda məqsədli şəkildə milli mücadilə aparmış
şəxsiyyətlər haqqında mənfi rəy formalaşdırılır. Bunun
əvəzində isə, SSRİ dövrünün «sovet beynəlmiləlçiliyi» və
onun tərənnümçüləri olan şəxsiyyətlər (istər dövlət xadimləri
olsun, istərsə ziyalıları olsun) və haqqında müsbət rəy
formalaşdırlır.
|