MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə431/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   427   428   429   430   431   432   433   434   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

406 



406 

türkləri, o cümlədən Azərbaycan türkləri arasında milli şüurun 

bərpası daha tez baş verəcək, milli azadlıq hərəkatı bir neçə on 

il öncə baş qaldıracaqdı. 

Fikrimizcə, məhz bu səbəbdəndir ki, ermənilər ilk milli 

partiyalarını «Daşnaksutyunu» XIX əsrin sonlarında yaratdıq-

ları halda, Azərbaycan türkləri ən azı on il onlardan geri qaldı-

lar. Bunun sadə bir açıqlaması var: ermənilərə siyasi mənada 

millətləşmə  yolunda  çar  Rusiyası  əngəl  olmadığı,  əksinə  hər 

cür  yardım  etdiyi  halda,  Azərbaycan  türkləri  arasında  ruslaş-

dırma-avropalaşdırma  siyasətini  yürütmüş,  hər  cür  milli 

əməlin qarşısını zoraklıqla almışdır. Bu bir gerçəklikdir. 

O  da  bir  gerçəklikdir  ki,  çar  Rusiyası  müəyyən  qədər 

məcbur  olub  müstəmləkə  millətlərin  azadlıqlarını  tanımağa 

başladığı  dövrdə  Zərdabinin  sələflərindən  –  Ə.Hüseynzadə, 

Ə.Ağaoğlu  və  başqalarından  çox,  Axundzadənin  yolunu 

davam etdirənlərə – şahtaxtlılara,  məmmədquluzadələrə şərait 

yaratmışlar.  Yalnız  1905-ci  il  çar  manifestindən  sonra  Türk-

İslam  mədəniyyətinə  əsaslananlar  müəyyən  dərəcədə  özlərini 

göstərərək  milli  qəzetlər  və  milli  təşkilatlar  yaratmağa  nail 

olmuşlar.  Ancaq  çar  Rusiyasının  zoraklığını  artdığı 

dönəmlərdə  Türk-İslam  mədəniyyətinin  daşıyıcıları  ilə  Rus-

Avropa  mədəniyyətinə  meyil  edənlərə  yenə  də  fərqli 

münasibətlərin  göstərildiyi  tarixə  məlumdur.  Ancaq  onu  da 

hökmən 

qeyd 


etməliyik 

ki, 


vaxtilə 

Rus-Avropa 

mədəniyyətinə,  bu  mənada  oradan  gələn  marksizm  kimi 

cərəyanlara  meyil  edən,  Qərb  mədəniyyəti  ilə  Türk-İsam 

mədəniyyəti  arasında  oxşarlıqlar  tapmaq  isəyən  bir  sıra  türk 

aydınlarımızdan bəziləri (M.Ə.Rəsulzadə, A.Kazımzadə və b.) 

məsələnin  əsil    mahiyyətini  dərk  etdikdən  sonra  birmənalı 

şəkildə milli demokratik cəbhəyə üz tutmuşlar. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin