MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə428/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   424   425   426   427   428   429   430   431   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

403 


bu  cür  siyasəti  nəticəsində  türksoylu  xalqlar,  o  cümlədən 

Azərbaycan  türk  aydınları  arasında  da  Türk  əxlaqına  mənfi 

münasibətlər bəsləyənlər ortaya çıxdı.  

Təsadüfi  deyil  ki,  M.F.Axundzadənin  qəhrəmanları 

mədəniyyət öyrənmək üçün Fransaya-Parisə getmək istəyirdi. 

Axundzadə  bir  tərəfdən  komediyalarında  milli  və  dini  adət-

ənənələri tənqid edir, digər tərəfdən nicat yolunu Rus-Avropa-

Qərb  mədəniyyətini  mənimsəməkdə  görürdü.  Bu  mənada, 

istər çar Rusiyasının, istərsə Sovet  Rusiyasının Axundzadəyə 

olan  «sevgisi»nin  kökündə  Türk  və  İslam  mədəniyyətini 

inkar, Rus-Avropa-Qərb mədəniyyətini iqrar etməsi dayanırdı. 

Bu cür nümunələri Osmanlı və çar Rusiyası dövründə yaşamış 

başqa  türk  aydınlarının  (M.A.Şahtaxtlı,  C.Məmmədquluzadə 

və  b.)  şəxsində  də  görmək  olar.  Deməli,  18-19-cu 

yüzilliklərdə  Türk  mədəniyyətinin  tənəzüllündən  sui-istifadə 

edən  qüvvələr  onun  yerinə  türklərin  yaşadıqları  bölgələrdən 

asılı  olaraq,  fars-ərəb  mədəniyyətini  və  Rus-Avropa-Qərb 

mədəniyyətini  təbliğ  etmişlər.  Eyni  zamanda,  bir  sıra  türk 

aydınlarını da müasirləşmək adı altında öz sıralarına cəlb edə 

bilmişlər. 

Türk  mədəniyyətinə  münasibətdə  olduğu  kimi,  Türk 

tarixinə də Osmanlı və çar Rusiyasında mənfi bir fon yaradıl-

mışdı. Türk tarixinin şanlı qəhrəmanları yalnız Avropa tarixçi-

lərinin əsərlərində deyil, müsəlman ölkələrinin bir sıra tarixçi-

ləri  və alimlərinin əsərlərində də vəhşi  və barbar kimi  qələm 

verilirdi. Özəlliklə, türkləri «monqol-tatar» adı altında təqdim 

edilməsi  və  Cingiz  xanın  dünyanın  ən  qəddar  hökmdarı  elan 

olunması  bir  sıra  Avropa  alimlərinin  təbliğatının  nəticəsi  idi. 

Türk  hökmdarları  arasında  Çingiz  xanla  yanaşı  Atilla,  Əmir 

Teymur, Sultan Süleyman Qanuni və başqaları da eyni şəkildə 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin