www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
403
bu cür siyasəti nəticəsində türksoylu xalqlar, o cümlədən
Azərbaycan türk aydınları arasında da Türk əxlaqına mənfi
münasibətlər bəsləyənlər ortaya çıxdı.
Təsadüfi deyil ki, M.F.Axundzadənin qəhrəmanları
mədəniyyət öyrənmək üçün Fransaya-Parisə getmək istəyirdi.
Axundzadə bir tərəfdən komediyalarında milli və dini adət-
ənənələri tənqid edir, digər tərəfdən nicat yolunu Rus-Avropa-
Qərb mədəniyyətini mənimsəməkdə görürdü. Bu mənada,
istər çar Rusiyasının, istərsə Sovet Rusiyasının Axundzadəyə
olan «sevgisi»nin kökündə Türk və İslam mədəniyyətini
inkar, Rus-Avropa-Qərb mədəniyyətini iqrar etməsi dayanırdı.
Bu cür nümunələri Osmanlı və çar Rusiyası dövründə yaşamış
başqa türk aydınlarının (M.A.Şahtaxtlı, C.Məmmədquluzadə
və b.) şəxsində də görmək olar. Deməli, 18-19-cu
yüzilliklərdə Türk mədəniyyətinin tənəzüllündən sui-istifadə
edən qüvvələr onun yerinə türklərin yaşadıqları bölgələrdən
asılı olaraq, fars-ərəb mədəniyyətini və Rus-Avropa-Qərb
mədəniyyətini təbliğ etmişlər. Eyni zamanda, bir sıra türk
aydınlarını da müasirləşmək adı altında öz sıralarına cəlb edə
bilmişlər.
Türk mədəniyyətinə münasibətdə olduğu kimi, Türk
tarixinə də Osmanlı və çar Rusiyasında mənfi bir fon yaradıl-
mışdı. Türk tarixinin şanlı qəhrəmanları yalnız Avropa tarixçi-
lərinin əsərlərində deyil, müsəlman ölkələrinin bir sıra tarixçi-
ləri və alimlərinin əsərlərində də vəhşi və barbar kimi qələm
verilirdi. Özəlliklə, türkləri «monqol-tatar» adı altında təqdim
edilməsi və Cingiz xanın dünyanın ən qəddar hökmdarı elan
olunması bir sıra Avropa alimlərinin təbliğatının nəticəsi idi.
Türk hökmdarları arasında Çingiz xanla yanaşı Atilla, Əmir
Teymur, Sultan Süleyman Qanuni və başqaları da eyni şəkildə
|