MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə436/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   432   433   434   435   436   437   438   439   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

411 


təqdirdə,  tarixlərin  ruhunun  və  mahiyyətinin  cızılmasında 

insanların  tapındıqları  ideya  və  məsləklərinin  təsiri 

qaçılmazdır. 

Bununla  bağlı  belə  bir  müqayisə  aparmaq  pis  olmazdı 

ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal etdikdən 

sonra  (1920-ci  il,  27  aprel)  kommunizmi  təbliğ  etmək 

məcburiyyətə çevrilmişdi. Xüsusilə, əli qələm tutan və az-çox 

istedadı olan hər bir kəsdən tələb olunurdu ki, sosializmi tərif 

edən  elmi  və  bədii  əsərlər  yazsınlar.  Demək  olar  ki,  1920-

1930-cu  illərdə  hamı  «rus  kommunizmi»nin  mahiyyətinə 

uyğun  olaraq  «mədəni  quruculuq»  adı  altında  buna  məcbur 

edilirdi. S.Rüstəm, S.Vurğun, R.Rza, M.Rəfili və başqaları ilə 

yanaşı,  vaxtilə  millətçi-türkçü,  mövqeyi  ilə  tanınan  H.Cavid, 

Ə.Cavad,  C.Cabarlı,  Ü.Hacıbəyli  kimi  aydınlarımızdan  bu 

xüsusilə tələb olunurdu. Demək olar ki, milli və beynəlmiləlçi 

ruhu daşımalarından asılı olmayaraq onların hamısı sosializmi 

tərifləyən  əsərlər  də  yazmışlar.  Sadəcə,  milli  ruhlu  aydınları-

mız, özəlliklə Cavid, Cavad, İldırım sosializmə həsr etdikləri 

əsərlərində belə, bu və ya digər şəkildə milli ruhu yaşatmağa 

çalışmışlar.  Bu  onların  sözün  həqiqi  mənasında  tapındıqları 

ideya  və  məsləyin  dəyişməməsinin  ifadəsi  idi.  Adətən,  o 

kəslər əqidə və məsləklərini tez-tez dəyişirlər ki, onlar məslək 

və  əqidə  ilə  yaşayanlar  deyil,  zəmanə  və  mühitlə 

uyğunlaşanlardır.  Bu  mənada,  Cavid,  Cavad,  Cabbarlı 

(fikrimizcə,  Cabbarlının  irsini  sovet  ideologiyası  çox  təhrif 

etdiyi üçün ona daha çox «beynəlmiləl» don geyindirilmişdir), 

İldırım kimi aydınlarımız məslək və əqidə sahibi idilər. Sovet 

Rusiyası  milli  aydınlarımızın  Vətənini  işğal  etsələr  də,  «Rus 

kommunizmi» onların milli ruhunu və milli şüurunu işğal edə 

bilməmişdi.  Bu  bir  reallıq  idi.  Bu  reallığı  görən  və  milli 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin