MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə438/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   434   435   436   437   438   439   440   441   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

413 


ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar 

etməkdir.  Bu  baxımdan  onlar  SSRİ  dövrünün  ideyalarını  elə 

bir  formada  tənqid  etməyə  çalışdılar  ki,  müəyyən  mənada 

özlərini sığortalaya bilsinlər.  

Bu  mənada,  təsadüfən  yuxarıda  göstərmədik  ki, 

Cavadlar, Cavidlər, İldırımlar Sovet Rusiyası işğalından sonra 

məcburən sosializmə həsr etdikləri əsərlərində belə milli ruhu 

yaşatmaqda  davam  etmişlər.  Eyni  hadisəni  Azərbaycanın 

müstəqilliyinin  bərpasından  sonra  milli  ədəbiyyata,  milli 

fəlsəfəyə, milli mədəniyyətə, milli tarixə həsr olunmuş elmi və 

bədii  əsərlərdə  sovet  ruhunu  əks  etdirənlər  təkrarlayırlar. 

Fikrimizcə,  hazırda  millilik  pərdəsi  adı  altında  sovet  ruhunu 

yaşadanlar da müəyyən mənada buna məcburdurlar. 

Digər  tərəfdən,  Sovet  dövründə  formalaşmış  alimlərin 

əksəriyyəti  vaxtilə  tənqid  etdikləri  milli  və  dini  dəyərlərə 

münasibətdə də ehtiyatlı hərəkət etməyə başladılar. Belə ki, bu 

məsələyə  də  daha  çox  milli  maraqlara  uyğun  deyil,  şəxsi 

mənafələrini  qorumaq  naminə  bir  növ  ikili  standartlardan 

yanaşdılar.  Hətta,  Sovet  dövrünün  bəzi  ziyalıları  SSRİ 

dövründə  yaşadığımıza  görə  keçmiş  kommunistləri  deyil, 

milli  mücadilədə  şəhid  və  qazi  olmuş  Yusifbəyliləri, 

Rəsulzadələri, Xoyskiləri, Cavadları, İldırımları və başqalarını 

suçlama kampaniyası apardılar və aparırlar da. Fikrimizcə, bir 

çox  hallarda  məqsədli  şəkildə  milli  mücadilə  aparmış 

şəxsiyyətlər  haqqında  mənfi  rəy  formalaşdırılır.  Bunun 

əvəzində  isə,  SSRİ  dövrünün  «sovet  beynəlmiləlçiliyi»  və 

onun tərənnümçüləri olan şəxsiyyətlər (istər dövlət xadimləri 

olsun,  istərsə  ziyalıları  olsun)  və  haqqında  müsbət  rəy 

formalaşdırlır.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   434   435   436   437   438   439   440   441   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin