www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
412
412
aydınlarımızın ruhunu dəyişdirə bilməyən sovet ideoloqları
son çarə olaraq repressiyaya əl atmalı olmuşlar.
Eyni tarixi hadisəni, ancaq tamamilə fərqli yöndə
Azərbaycan müstəqilliyini bərpa etdkidən sonra yaşadıq və
yaşamaqda da davam edirik. Belə ki, SSRİ dövründə sovet
ideologiyasına uyğun Sovet Azərbaycanı xalqının fəlsəfəsini,
tarixini, mədəniyyətini, ədəbiyyatını yazanlar imperiyanın
süqutu və ictimai quruluşun dəyişməsindən sonra isə sözdə
milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyətlə
bağlı monoqrafiya və kitablar yazmağa başladılar və davam da
edirlər. Çünki bütün bu sahələrdə aparıcı rol məhz onların
əlindədir. Halbuki «rus kommunizmi» ideologiyasının
hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin
təbliğatçıları və ideoloqları olmuş bu insanların əksəriyyətinin
nə dərəcədə məslək və əqidə dəyişdirmələri özü çox
mübahisəli məsələdir. Hər halda, heç kəsə sirr deyil ki, onlar
sovet dövründə «rus kommunizmi» ideyasına uyğun olaraq
əsərlərində Marksı, Lenini, Stalini, Nərimanovu və başqalarını
tarixi şəxsiyyətlər kimi idealladırmış, əvəzində Rəsulzadəni,
Yusifbəylini, Xoyskini və başqalarını «müsavatçı» cəlladlar,
Azərbaycan xalqına düşmən kimi qələmə vermişlər.
Müstəqilliyin ilk illərindən başlayaraq bu cür alimlərin
əksəriyyəti birdən-birə 180 dərəcə dəyişib, SSRİ dövründə
yazdıqlarını və dediklərinin əksini iddia etməyə başladılar.
Əlbəttə, bütün bunlar daha çox eyforiya altında baş verdiyi
üçün, çox geçmədi ki, sovet dövrünün yetişdirməsi olan
alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu
ehtiyatlılıq da ondan ibarətdir ki, bir tərəfdən SSRİ dövrünü
və sovet ideologiyasını kəskin şəkildə tənqid etməkən
qaçmağa başladılar. Çünki başa düşdülər ki, sovet dövrünün
|