www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
419
Azərbaycan Cümuriyyətinin yaranmasında və milli-
demokratik yönlü inkişaf strategiyasında isə Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov,
Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Abbasqulu
Kazımzadə, Firidun bəy Köçərli, Hacı Zeynalabdin Tağıyev,
Üzeyir Hacıbəyli, Məmməd Həsən Hacınski, Xəlil bəy
Xasməmmədov, Məmməd Yusif Cəfərov, Məhəmməd Əmin
Rəsulzadə və başqaları mühüm rol oynamışlar. Rəsulzadənin
təbrincə desək, bu nəsil bizə bunu miras qoymuşdur:
«Ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki
nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on
min müşkülatla ucaldaraq dedi ki:
Bir kərə yüksələn bayraq bir da enməz!
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün
parlament binası üzərindən Azərbaycan türklərinin yanıq
ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və
bu yolda
- Ya qazi və ya şəhid olacaqsan!» [188, 56].
Rəsulzadə yox yerdən bir bayrağın ucaldılmasını
deyərkən, heç də tariximizdə müstəqil dövlətlərin
olmamasına, yaxud da əsrlər boyu ancaq əsarət altında
yaşamağımıza işarə etməmişdir. Sadəcə, milli ideoloq onu
ifadə etməyə çalışmışdır ki, artıq bir əsrə yaxındır çar Rusiyası
Azərbaycan Türk millətinin azadlığını əlindən almış və milli
bayraqdan məhrum etmişdir. Çar Rusiyası bunu edərkən isə
Azərbaycan türklərinin vahid milli bayrağı olmamış və o,
ayrı-ayrı xanlıqlar şəklində idarə olunmuşdur. Bu mənada,
Azərbaycan türkləri 1918-ci ildə artıq parçalanmış bir millət
|