Gördüyümüz kimi, SSRİ 20 ildən çoxdur bitsə də,
ancaq sovet ideologiyasının şüurlarmızdakı qalıqları hələ
də davam etməkdədir. Xüsusilə, çağdaş nəsil ilə 20-ci əsrin
əvvəllərində yaşamış nəsil (özəlliklə, həmin nəslin düşünən,
aparıcı qismi ilə) arasında SSRİ dövründə qırılmış bağları
yenidən bərpa etmək lazım gəldiyi bir vaxtda, bir çox hallarda
bunun əksini görmək çox düşündürücüdür. Artıq sovet nəsli
arasında deyil, gənclər arasında da Rəsulzadə, Ağaoğlu, Top-
çubaşov, Hüseynzadə, Xoyski və başqaları haqqında «satqın»,
«xəyanətkar», «panislamist», «İranpərəst», «Osmanlıpərəst»,
«ingilispərəst», «Vətəni qoyub qaçanlar» və s. ifadələrə rast
gəlmək olur. Məsələn, Rəsulzadəni və Xoyskini İrəvanı Ermə-
nistana verməkdə, Ağaoğlunu Azərbaycanı vaxtilə Türkiyəyə
birləşməkdə, Hüseynzadəni Azərbaycan dilini deyil, Türkiyə
türkcəsini müdafiə etməkdə və s. ittiham edənlər vardır.
Maraqlıdır ki, həmin nəsil arasında da ən çox ittiham
olunan, SSRİ dövründə olduğu kimi, yenə də Rəsulzadədir.
Vaxtilə sovet ideoloqları və onların təbliğatçıları milli
ideoloqu sosial-demokrat əqidəsinə xəyanət edib Azərbaycan
Cümhuriyyətini qurmaqda ittiham edirdilər. Səməd Vurğun
«26-lar» poemasında Rəsulzadənin «xəyanətkar» mövqeyini
|