MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə531/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   527   528   529   530   531   532   533   534   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

503 


«Türk»  anlayışının  aradan  qaldırılması  fikrini  irəli 

sürənlər  hesab  edirlər  ki,  bununla  da  Türkiyədə  etnik 

mənşəyindən  asılı  olmayaraq  bütün  vətəndaşlar  arasında 

bərabərlik  bərqərar  olacaqdır.  Buradan  belə  nəticə  çıxır  ki, 

indiyə qədər Türkiyə dövlətində türklər istisna olmaqla digər 

etnik  azlıqlara  -  kürdlər,  lazlar,  ermənilər  və  başqalarına, 

xüsusilə  də  kürdlərə  qarşı  münasibətdə  ədalətsizlik  olmuş, 

onların  hüquq  və  azadlıqları  boğulmuşdur.  Özəlliklə, 

Türkiyənin bir Türk dövləti, onun vətəndaşlarının Türk milləti 

adlanması ilə kürdlərə qarşı haqsızlıq edilmişdir. Ona görə də, 

Türkiyədə türk dövləti, türk milləti, hətta yeri gələndə Türkiyə 

Cümhuriyyəti  adından  (məsələn,  Türkiyə  Cümhuriyyəti 

Sağlık Bakanlığı deyil, sadəcə Sağlık Bakanlığı adlandırılsın) 

belə istifadə edilməməlidir. Deməli, Türkiyədə dövlətin adına 

birmənalı  münasibət  bəsləməyən,  bu  mənada  yenidən 

Türkiyəni keçmiş Osmanlı imperiyasına oxşar bir dövlət kimi 

görmək  istəyənlər  vardır.  Bu  mənada,  nəinki  türk  anlayışı, 

eyni  zamanda  dövlətin  adı  olan  «Türkiyə  Cümhuriyyəti» 

məfhumu  belə  bəzi  dairələr  tərəfindən  qəbul  edilməz  hala 

gəlmişdir.  

Bu onun göstəricisidir ki, Türkiyə bir vaxtlar Azərbay-

canda  olduğu  kimi,  türk  kimliyinin  dövlətçilik,  vətənçilik, 

insaniyyət  ideyaları  fonunda aradan qaldırılması  təhlükəsi  ilə 

üz-üzə qalmışdır. Artıq istisna deyil ki,  Türkiyənin  yeni  Ana 

Yasasında  türk  anlayışı  ilə  bağlı  nə  varsa,  hamısı  aradan 

qaldırıla  bilər.  Hətta,  bunlardan  birinin  Türk  dili  ilə  bağlı 

olması da mümkündür. Ola bilsin ki, 1995-ci ildə Azərbaycan 

Respublikası  referendum  yolu  ilə  Türk  dilindən  imtina  edib 

«Azərbaycan  dili»nə  üz  tutduğu  kimi,  Türkiyədə  də  buna 

oxşar  «yeni  dil»  və  «yeni  dil»ə  uyğun  «yeni  vətəndaş» 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   527   528   529   530   531   532   533   534   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin