www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
499
Azərbaycan türklərinin milli ideyası kimi türkçülük Güney
Azərbaycandakı türkləri müdafiə edə bilər. Bu mənada
türkçülük hətta, bütün Azərbaycan türkləri üçün milli ideyaya
çevrilir. Çünki bu halda müxtəlif məkanlarda, ayrı-ayrı
dövlətlərin tərkibində yaşayan türklər müxtəlif dini, etik,
siyasi, iqisadi baxışlara malik olmaqla yanaşı, türkçülüyü
bütün bunların ümumiləşdirilməsini, birləşdirilməsini, ortaq
tarixin, ədəbiyyatın, dilin yaranmasını nəinki istisna etmirlər,
hətta bu istiqamətdə əməli işlər belə görürlər. Deməli,
Azərbaycanda və Türkiyədə milli ideya olan türkçülük
ümumtürk mənafeyini – yəni türk millətinin dilini,
mədəniyyətini, tarixini, ədəbiyyatını qorumaq və yaşatmaq
məsələsində milli ideologiyaya çevrilir. Çünki filologiya
elmləri doktoru Aybəniz Əliyevanın təbrincə desək,
«türkçülük - türk millətçiliyi, türk millətinin ideologiyası
deməkdir və millət, dil, din, əxlaq, etika, estetika baxımından
ortaq olan fərdlərin bütünü olduğu üçün türk milləti anlayışı
dünyanın harasında yaşamasından asılı olmayaraq, əsir və hürr
olan bütün dünya türklərini özündə birləşdirir» [80
a
, 76].
Türkçülüyə də azərbaycançılıq kimi həm milli ideya,
həm də milli ideologiya kimi yanaşmaq mümkündür.
Azərbaycançılıqdan fərqli olaraq türkçülük ölkə daxilində
milli ideya kimi təqdim olunur. Çünki burada bir millətin
maraqlarının irəli çəkilməsi müddəası irəli sürülür. Bu
mənada, azsaylı etnik qruplar türkçülüyə bir o qədər də «isti»
yanaşmırlar. Bu yanaşmanın nə qədər doğru və yanlış
olmasından asılı olmayaraq türkçülüyə münasibətdə fərqli
baxışlar daha çoxdur. Bunun nəticəsidir ki, Türkiyədə və
Azərbaycanda türklər sayca çoxluğu təşkil edən millət olsalar
da, bu gün həmin ölkələrdə dövlət ideologiyası baxımından
|